Tanınmış rejissor-Xalq artisti “İstiqlal” ordeni ilə-TƏLTİF OLUNDU – SƏRƏNCAM – YENİLƏNİB

Ölkə Prezidenti İlham Əliyev tanınmış rejissor-Xalq artisti Eldar Quliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilsin.

***

Ölkə Prezidenti həmçinin, Eldar Quliyevə təbrik məktubu göndərib

Təbrikdə deyilir:

“Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz.

Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır”.

Qeyd edək ki, bugünlərdə Eldar Quliyevin 80 yaşı tamam olub.

Xalq artistinin hazırda səhhətində müəyyən problemlər yaşanır.

Etikxeber.az

Read Previous

Bu dəfə “Ailə” üzvləri-BİR ARAYA GƏLƏCƏK

Read Next

Nigergiya sahillərində Türkiyə gəmisinə hücum-AZƏRBAYCANLI MÜHƏNDİS QƏTLƏ YETİRİLDİ-CAVUŞOĞLU BAŞSAĞLIĞI VERDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir