Tanınmış ziyalı-TƏBLİĞAT-TƏŞVİQATDA NƏLƏRƏ ÜSTÜNLÜK VERƏCƏK?

114 saylı Şəki kənd birinci Seçki Dairəsindən Azərbaycan Milli Məclisi deputatlığına namizədliyini irəli sürən tanınmış ziyalılarımızdan İbrahimxəlil Balayev təbliğat kampaniyasına start verib.

Etikxeber.az-ın xəbərinə görə, o, dairənin​ əhatə etdiyi bütün kəndləri qarış-qarış dolaşaraq bütün seçiciləri ilə şəxsən görüşmək, tək-tək hər kəsin arzu-istəyini dinləmək niyyətindədir.

​ ​Qeyd edək ki, 1968-ci ildə Şəkinin Aşağı Göynük kəndində dünyaya gələn​ İbrahimxəlil Balayev bütün MDB ölkələrində və türk dünyasında sayılan, seçilən, tanınan ziyalılarıımızdandır.

O, bir müddət Dövlət İdarəçilik Akademiyasında, daha sonra Azərbaycan Universitetində müəllim kimi çalışıb, beynəlxalq hüquq, şəriət hüququ, Konstitusiya hüququ fənlərindən mühazirələr oxuyub.

Hüquqla bağlı bir neçə kitabın müəllifidir.

Almaniyada hüquq üzrə doktorluq təhsili alan Balayev Azərbaycan diasporunun da fəal üzvlərindəndir.

Etikxeber.az

Read Previous

Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…

Read Next

Deputatlığa namizəd Jalə Əliyeva-ŞƏHİD ATASININ HÜZR MƏRASİMİNƏ QATILDI VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir