Tanınmışlardan Yeni il və Həmrəylik Günü təbrikləri…

Bu gün – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.

Bu münasibətlə xalqımızı təbrik edənlər arasında siyasətçilər,millət vəkilləri, media kapitanları da var.

Etikxeber.az həmin təbriklərindən bəzilərini təqdim edir:

aydin mirze

Aydın MİRZƏZADƏ-MİLLƏT VƏKİLİ:

Bu gün “Feysbuk” səhifəmdə Dünya Azərbaycanlıları Günü və Yeni il münasibəti ilə ənənəvi hazır şəkillər yox, xaricdə azərbaycanlı bir uşağın Azərbaycan bayrağını əlində möhkəm tutmuş şəklini yerləşdirdim.

Şəklin bəyənildiyini hiss edirəm və bəyənən hər kəsə təşəkkür edirəm.

Qoy bayrağımız daima əzəmətli olsun.

***

eldeniz-yeni il

Eldəniz SƏLİMOV-MİLLƏT VƏKİLİ:

Mən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

***

Ilham QULIYEV

İlham Quliyev – BAŞ REDAKTOR:

..Əsl bayram əhval -ruhiyyəsi var.

Küçələrdə adamlar qarışqa kimi qaynayır, yarmarkada, marketlərdə şıdırğı alver gedir.

Satıcıların üzü gülür! Sarayevo küçəsində, Heydər parkında Şaxta babalar insanları təbrik edirlər!

Adamın ürəyi açılır! Təki Tanrı bizə həmişə bayramları belə gözəl, əmin-amanlıq şəraitində, əla əhval-ruhiyyədə keçirməyi nəsib etsin!

Yeni ilimiz və Həmrəylik günümüz mübarək!

aydin-yeni

Aydın ABBASOV- SABİQ DEPUTAT:

Sizləri  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir, bizlərə Həmrəy olmağı, Həmrəy olaraq, Ölkəmizin inkişafında, müstəqilliyinin qorunmasında öz səylərimizi artırmağı arzu edir, eyni zamanda, Sizlərə 2018-ci ildə möhkəm can sağlığı, sevincli, xoşbəxt dolu günlər, bol və bərəkətli ruzi, işlərinizdə uğur və müvəffəqiyyətlər arzu edirəm!

Bir daha bayramınız mübarək!

yusif baban

Yusif BABANLI- ƏMƏKDAR MƏŞQÇİ, PROFESSOR:

Dəyərli və əziz Xalqım!

Yeni ilinizi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününüzü  təbrik edirəm!

2018-ci il hər birimiz  üçün düşərli il olsun,  inşallah.

Etikxeber.az

 

Read Previous

BİR AYRILIQ, BİR ÖLÜM… – AKADEMİK YAZDI

Read Next

“Bu hadisələrin İranda yaxın zamanda təkrarlanmayacağına zəmanət yoxdur…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir