“Tanış professora rast gəldim, dilucu salam verdi, amma mən…” – DEPUTAT

“Bu gün Texniki Universitetə keçirilən bir tədbirə getdim. Eyni zamanda, indi onun, vaxtı ilə isə İnşaat İnstitutunun ikinci korpusu olan binasına daxil olub, koridorlarını və auditoriyalarını gəzdim. Vaxtı ilə, daha doğrusu, 1975-80 illərdə bu korpusda təhsil almışam. Əlbəttə ki, binanının içi də, çölü də çox dəyişib. Korpus gösəl təmir edilib, mühazirə və məşğələ otaqları görkəmini dəyişib. Ancaq gənclik xatirələrim çox güclü idi, hətta özümü yenidən tələbə hiss etdim”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

O, qeyd edib ki, kabinetlərin birində tanış professora rast gəlib, onu görəndə ağızucu salam verib, oturmağı da təklif etməyib.

“Ancaq mən onun yanına yox, doğma ikinci korpusuma, doğma auditoriyalarmı görməyə gəlmişdim.

Dekanlığımız yerləşən otaqlarda ini Texniki Universitetin hansısa fakültəsinin dekanlığı yerləşir. İcazə alıb dekanın otağına baxdım, bizim zamanlarda dekanın stolu başqa səmtdə qoyulmuşdu. Qəbul otağında çap maşınkalarının yerini də göstərdim. Dekanlığın sahibəsinə ( adətən bütün dekanlıqlarda bir xanım olur ki, bütün suallara cavab verir) vaxtı ilə bu kabinetə tez-tez daxil olduğumu bildirdim.

Karidorda mənə dörd nəfər universitet professoru yaxınlaşdı, söhbət etdik. Mənim mühəndis olduğuma təəccüb etdilər. Təxminən yaşıd idik, xeyli söhbətləşdik, müasir və dərin düşüncələri məni valeh etdi.

Ruhən rahatlandım, amma korpusdan çıxanda qeyri-ixtiyari 40 il əvvəl çıxdığımızı səmtə yönləndim.

İndi ora bağlıdır”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Sizə nə düşüb, ay yaramazlar?” – TELLİ PƏNAHQIZI

Read Next

“Sanki dəyərlər dəyişib, ziyalı ac olmamalıdır…” – ZEYNƏB XANLAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir