Tanışını bıçaqlayan və polisə silahlı müqavimət göstərən-ŞƏXS ZƏRƏRSİZLƏŞDİRİLDİ…

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən şəxs zərərsizləşdirilib.

Etikxeber.az bildirir ki, bu barədə mətbuata Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

Bildirib ki, axtarılan Aydın Babayevin Səbail rayonu ərazisində gizləndiyi yer müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı o silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev ötən gün tanışı Məlahət Şükürovanı bıçaqlayıb.

Hadisə yerinə gələn Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Etikxeber.az

Read Previous

Makronla Putin arasında 1 saat 40 dəqiqə çəkən-TELEFON DANIŞIĞI…

Read Next

Nəşi 4 ay yarımdan sonra torpağa tapşırılan-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU BƏXTİYAR ASLANOVUN ANIM GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir