“Tanıyanlar yaxşı bilirlər ki, ömrümdə kiməsə dərs vermək istəyində olmamışam…”-SABİQ DEPUTAT YAZDI

Tarixə, ədəbiyyata, folklora nəzər salsaq görərik ki, filosoflar, söz adamları, alimlər qalxıb yüksək dövlət adamlarına – padşahlara, sultanlara, xaqanlara, krallara, çarlara, prezidentlərə… nəsihətlər veriblər, tövsiyələr göndəriblər.

” Ədalət hər şeydən üstündür “, “Vicdan hər şeyin təməlidir”,”Verilən sözə əməl olunmalıdır”,” Xəzinə -xalqındır “və s.və ilaxır.

Məni tanıyanlar yaxşı bilirlər ki, ömrümdə kiməsə dərs vermək istəyində olmamışam. Lakin vacib hesab etdiyim məsələlər üzrə hər zaman fikrimi açıq bildirmiş, düşüncələrimi çəkinmədən bölüşmüşəm.

Odur ki, məndən bu mövzuda bir şey soruşsaydılar deyərdim ki, dövləti idarə edənlər,hakimiyyəti yönəldənlər hər şeydən əvvəl insanları sevməlidirlər…

Hər kəs yaxşı görür ki,koronovirusla mübarizədə dövlətimiz xeyli müsbət nəticələr əldə edib.

İtkilərə, xüsusilə, ölüm hallarının səviyyəsinə görə ölkəmizdə vəziyyətin qənaətbəxş olduğu Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da əks olunub.

Bu işdə bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, milli səhiyyəmizin imkanlarının genişləndirilməsi və tibb sisteminin restrukturizasiyasının, yəni mövcud fəaliyyətinin daha effektiv idarə edilməsi üçün ələ alınan tədbirlərin, xüsusi rolu olmuşdur.

Bilirsinizmi nəyə görə bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş Avropada, ABŞ-da, infeksiyadan ölüm sayı həddən çoxdur?

Çünki xəstəxanalarda çarpayı qıtlığı var.

Bu səbəbdən çox sayda pasiyentlər ölümlə mübarizəni evlərində aparırlar və nəticədə…

Azərbaycanda kiçik zaman kəsiyində bir neçə yeni klinika istifadəyə verildi.

Cəmi üç həftəyə inşa olunan və hər bir avadanlıqla təchiz edilən modul tipli xəstəxana artıq xidmətdədir.

Belə müalicə müəssisələrinin sayının 10-a çatdırılması planlaşdırılır. Hazırda 20 səhiyyə ocağımızda COVID- 19- dan əziyyət çəkən insanların müalicəsi aparılır.

Bugünlərdə Prezident Ilham Əliyevin bir çıxışına baxdım.

Bəzi dövlətlərdə virusla həyat mücadiləsi verən çoxsaylı insanların xəstəxanalarda yerləşdirilə bilməməsindən ürək yanğısı ilə danışan ölkə başçısı inamla qeyd etdi ki, koronovirusun yeni dalğasının baş verə biləcəyi halda belə, bizdə kifayət qədər xəstə palataları yaradılmışdır.

Zənnimcə, bütün bunlar insansevərliyin əsl nümunəsidir!

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

“Cari məsələlərin müzakirəsinə ayrılan vaxt bir saata qaldırılsa, yaxşı olar”-AYDIN MİRZƏZADƏ

Read Next

Əlilliyi olan şəxslərin hüquqlarını pozan işəgötürənlər 500 manatadək-CƏRİMƏLƏNƏCƏK – DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir