Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Axundov kitabxanasında “Azərbaycan teatr ensiklopediyası”nın təqdimat mərasimində kitab haqqında söz deməkdən əlavə tədbirə qatılan böyük musiqiçimiz, əziz qardaşım Fərhad Bədəlbəylini yuvarlaq ildönümü və dövlət başçımız tərəfindən “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə də ziyalılarımız qarşısında təbrik etmək imkanını qaçırmadıq”.
Etikxeber.az xəbər verir ki, bunu akademik, millət vəkili Rafael Hüseynov deyib.
“Şərəfli nəslin çox ləyaqətli övladı F. Bədəlbəylinin işığı ömrümüzdə və mühitimizdə hələ çox onillər boyu parlasın!
Tanrı Fərhadı ən böyük arzusuna — dədələrinin ata yurdu Qarabağda, doğma və artıq azad Şuşada konsertini vermək səadətinə ən yaxın zamanda yetirsin!”-deyə, millət vəkili sonra qeyd edib.
Etikxeber.az