Tap-Qaraqoyunlulu, Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi-HİDİ VƏLİYEVİN ANASINA “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU…BU GÜN HƏM DƏ ŞƏHİD BACISININ DOĞUM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Bu gün, 24 iyul tarixində, axşam saatlarında Qəhrəman Goranboyun İkinci Vətən Müharibəsi Şəhidlərindən daha birinin ailəsində oldum…

32 il ərzində düşmən qarşısında mətanətlə duruş gətirən Qəhrəman Tap-Qaraqoyunlu kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri-Hidi Bəxtiyar oğlu Vəliyevin ailəsini, valideynləri ziyarət etdim…

Qeyd edim ki, Şəhidimizin ocağında, bu evdə artıq 4-cü dəfə olurdum…

Bir daha Şəhidimizin ailəsinə, valideynlərinə-Sənubər xanıma və Bəxtiyar kişiyə başsağlığı verdim, bir daha onlara Allahdan səbr və dözüm arzuladım, bir daha “Şəhidimizin məkanı cənnətlik olsun! Müqəddəs ruhu qarşısında baş əyirəm!”-dedim…

Şəhidimizin ailəsi ilə bir xeyli söhbətləşdim, hal-əhvallaşdım, dərdləşdim…

Eyni zamanda, Şəhidimizin anası Sənubər Yaşa qızı Teymurovaya Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdim…

Şəhidimizin anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və Tünzalə xanıma təşəkkürünü bildirdi…

Bu yerdə qeyd edim kimi, bu gün həm də Şəhidimizin bacısı Nərgiz xanım doğum günüdür…

Fürsətdən istifadə edib Şəhid bacısını da doğum günü münasibəti ilə təbrik etdim, Şəhid qardaşının ruhunun daim ona, ailəsinə kömək olmasını arzuladım…

Allah səbrlərini versin!

FOTOLAR:

19:48

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sözün, qələmin, dəyərin hər zaman Ucalarda olsun, Azərbaycan mətbuatı!-JALƏ ƏLİYEVA YAZDI

Read Next

“Tərəfdaşlarımızın mühüm səfərləri olacaq…”-ZELENSKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir