TARIN TARİXİNDƏ YAŞAYAN AD – Deputat

Onun adına “Mirzə” ni el qoşdu. Özü sadəcə Mansur idi. Ancaq Bakıda da, Azərbaycanda da tarzənlər nə qədər çox, tar dərsi deyən müəllimlər nə qədər bol olsa da, Mansur Mansurova çatan yox idi. Əvvələn, o bilici idi. Atası Məşədi Məliyin musiqi məclislərinə Sadıqcan, Mirzə Fərəcdən tutmuş XIX yüzilin sonları, XX əsrin əvvəllərinin təxminən bütün məşhur tarzənlərinədək çox qabil sənətkarlar gəlib-getmiş, bu məskənində ən adlı xanındələrin avazı ucalmışdı. Ona görə də Mansur elə xırda yaşlarından muğamın sirlərinə vaqif olmuşdu.


Lakin yaxşı çalmaq və muğamata səriştə ilə bələdlik onun üstünlüklərindən yalnız biri idi. Mansur ustad həm də şeri, qəzəliyyatı incıliklə duyan, yadddaşında saysız zərif misraları daşıyan, şeirə məftun, şairtəbiət bir musiqiçi idi.
Hər yaxşı tarzən heç də yaxşı müəllim ola bilmir. Fərdi ifaçılıq qabiliyyəti bir keyfiyyətdir, məharətlə dərs verə bilmək, bildiklərini yetirmələrinə aşılamaq ustalığı bur ayrı məziyyətdir. Mansur kişi hər tələbəsini qəlbən sevən, onlardan bildiklərini əsirgəməyən, xeyirxah, nəcib, səxavətli müəllim idi.


Ona görə də millətin seçkin övladlarının adına əlavə edilən “Mirzə” deyimi onun da adını bəzədi, Mansurovlar soyadı nə qədər məşhur olsa da, o ən əvvəl elə Mirzə Mansur kimi tarixləşdi. Əhsən Dadaşov ondan və Mirzə Mansurun tarzən oğlu, İkinci dünya müharibəsində həlak olmuş Ənvər Mansurovdan dərs almışdı.Əhsən bu ocağa elə bağlı idi ki, balasının adını da Ənvər qoydu. Və çalğı üslubunda da müəllimlərinin dəst-xəttini həmişə yaşatdı…

Rafael Hüseynov,

Millət vəklili

Etikxeber.az

Read Previous

Şəhidimiz torpağa tapşırıldı…Ruhu şad olsun! – FOTO

Read Next

Millimiz İran yığmasına qalib gəldi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir