Tarixi bir hadisəni yaxından izləmək möhtəşəm bir duyğudur – DEPUTAT

QƏNİRƏ PAŞAYEVA: Ən sərt mesaj ikili standartlar tətbiq edən beynəlxalq qurumlara verilən mesaj idi

Müsəlman Şərqində ilk Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin 100-cü ildönümü ilə bağlı dünyanın hər yerindən gələn yüksək səviyyəli qonaqların iştirakı ilə keçirilən tədbirlərdə iştirak etməkdən böyük qürur hissi duydum. AXC-nin Parlamenti demokratik dəyərlərə və ənənələrə sahib bir Parlament idi və bu Parlamentin ənənələrini davam etdirən Milli Məclisdə Parlamentimizin 100-cü ildönümü ilə bağlı mərasimlərin keçirilməsinin şahidi olmaq gözəl bir duyğu idi.

Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

BU GUNNN

BU GUNNN-1

gunn-3

GANİRA-MM

“Nur içində yatsın, Cümhuriyyət qurucuları dədələrimiz. Onları hər zaman sevgi və sayğı ilə anacağıq. Dövlət başçımız cənab İlham Əliyev möhtəşəm çıxış etdi və önəmli mesajlar verdi. Qardaş Türkiyənin Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da gözəl çıxış etdi və o da önəmli mesajlar verdi. Tarixi bir hadisəni yaxından izləmək və bir parçası olmaq möhtəşəm bir duyğudur”– deyən, millət vəkili  qeyd edib ki, ölkə prezidenti  xüsusi və təntənəli iclasda çıxışı zamanı xüsusilə də, işğalçı Ermənistanla bağlı və həmin ölkəni dəstəkləyən, orada baş verən qanunsuzluqları görməzdən gələn, Azərbaycana ikili standartlar tətbiq edən bəzi beynəlxalq qurumlarla bağlı sərt fikirlər səsləndirib:

“Doğrudan da, illərdir Azərbaycana qarşı ədalətsizliklər, iklili standatlar davam etdirilir. Bu, həm Qarabağ məsələsinə, həm də ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrə yanaşmada açıq-aşkar özünü göstərir. Amma işğalçı və təcavüzkar, insan haqlarının hər gün kobud şəkildə tapdandığı Ermənistana qarşı səs çıxarılmır, hər şey görməzdən gəlinir. Bu baxımdan cənab president də haqlı olaraq sual etdi ki, nəyə görə Ermənistanda gedən təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir?!

 “Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır. Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir”– deyən, ölkə prezidenti ölkəmizə qarşı irəli sürülən ittihamların 100 faiz saxta, yalan olduğunu, ikili standartlara əsaslandığını, siyasi məqsədlər güddüyünü bildirdi və bunların Azərbaycana zərrə qədər təsir etməyəcəyini də sözlərinə əlavə etdi.

Bu, hesab edirəm ki, həm dünyaya, həm də bəzi beynəlxalq qurumlara verilən ən böyük və ən sərt mesaj idi. Ancaq Azərbaycan ikili standartlara, ədalətsizliklərə baxmayaraq, öz yolu ilə addımlamaqda, inkişafa qovuşmaqda davam edəcək və heç bir güc bunu əngəlləyə bilməyəcək”.

Etikxeber.az

Read Previous

“Florens” qasırğası qurbanlarının sayı 43 nəfərə çatdı…

Read Next

“Mançester Siti” Serxio Aquero ilə yenidən anlaşdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir