“Tarixi buluşma” – İMAMOĞLU İLƏ YILDIRIM CANLI DEBATDA – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Türkiyə tarixi anlara şahidlik edir.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, 17 ildən sonra Türkiyə tarixində ilk dəfə olaraq, hakimiyyət təmsilçisi ilə müxalifət nümayəndəsi canlı debatda üz-üzə gəlir.
İstanbul  Böyükşəhər Bələdiyyə başqanlığına hakim “Cümhur” İttifaqından AKP-li namizəd Binəli Yıldırımla müxalif “Millət” İttifaqından CXP-li namizəd, 31 mart seçkilərinin qalibi olmuş, ancaq sonradan qalibiyyəti əlindən alınmış Əkrəm İmamoğlu 23 iyun təkrar seçkiləri ilə bağlı canlı debata çıxıblar.
Canlı debat FOX kanalında tanınmış jurnalist İsmayıl Küçükkayanın aparıcılığı ilə baş tutur.
Canlı debat hazırda yayımına başlayıb.
ekremmm-yıldırım-1
B. Yıldırım bir daha 31 mart seçkilərində səslərin oğurlandığını iddia edib.
Əlavə edib ki, “səs oğruları”nı  tapmaq isə Türkiyə Ali Seçki Komissiyasının (YSK) işidir.
Ə. İmamoğlu da 31 mart gecəsinə qayıdaraq, B. Yıldırımın özünü tələsik qalib elan etməsindən narazılığını ifadə edib.
O, eyni zamanda, 31 mart gecəsi “Anadolu” agentliyini ona qarşı ədalətsizlikdə ittihamlayıb.
***
Ə. İmamoğlu sonra bildirib ki, 23 iyun təkcə təkrar seçkilər, seçki yarışı deyil, həm də demokratiya mücadiləsidir:
“Bu, 31 martda haqqı yeyilənlərin, qul haqqı yeyilənlərin demokratiya mücadiləsidir. Bu, İstanbul mücadiləsi, normallaşma, qucaqlaşma mücadiləsi, qul haqqını yeyənlərə qarşı bir mücadilədir”.
B. Yıldırım da öz növbəsində İmamoğlunu yalançılıqda ittihamlayıb:
“Mən hər şey dözərəm, amma yalana dözmərəm. Hansı qul haqqı yeyilməsindən danışılır?!”
***
ekremmm-yıldırım-3
son-dakika-canlio
binali-yildirim
https://www.sozcu.com.tr/2019/gundem/canli-izle-ekrem-imamoglu-binali-yildirim-bulusmasi-tarihi-yayin-sozcu-tvde-5167557/
Qeyd edək ki, canlı debat 3 saat davam edəcək.
***
Sonra Yıldırım “Ordu olayı”na görə, İmamoğlunu nəinki Ordu valisindən, bütövlükdə, 16 milyonluq istanbullulardan üzr istəməyə çağırıb.
İmamoğlu isə bildirib ki, Orduda baş verənlərə aydınlıq gətirib, kimsəni təhqir etməyib, aşağılamayıb və bu olay ətrafında spekulyasiyalara yol verilir:
“Maraqlıdır, Trabzon Hava Limanında heç bir problem yaradılmır, amma niyə Orduda belə bir problem yaradılır? Mən bu məsələyə aydınlıq gətirmişəm, insanları da sakitliyə, sükunətə çağıran mən olmuşam. Mənim VİP kimi problemim yoxdur”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Festival zamanı avtomobil tamaşaçıların arasına girdi: XEYLİ YARALANAN VAR

Read Next

Politoloq həmsədrləri dilə gəlməyə, bildiklərini söyləməyə çağırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir