“Tarixi-Nadir”i yarısınacan oxumuşam, amma… – JALƏ ƏLİYEVA

MUSA QULİYEV: Dünyada ən ucuz energetik içkilər bizdədir. Bir manata da energetik içki olar?

Azərbaycanda energetik içkilərlə bağlı artıq ciddi addımlar atılmalıdır.İlk növbədə də bu içkilərə nəhayət, aksiz dərəcələri tətbiq olunmalıdır. Çünki bu işkilər artıq cəmiyyətimizdə bir bəlaya çevrilib.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin Əmək və sosial siyasət  komitəsinin iclasında deyib.

musa-teze

O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu  növ içkilərin alidəçilərinə çevriliblər:

“Bu, narahatedici, qorxulu tendensiyadır. Dünyada ən ucuz energetik içkilər bizdədir. Bir manata da energetik içki olar? Ona görə bununla bağlı təcili addımlar atılmalı, energetik içkilərə aksiz dərəcələri tətbiq olunmalıdır”.

M. Quliyev həmçinin  bildirib ki, Azərbaycanın bir sıra rayonlarda gözəl şərab zavodları var:

“Onların mütəxəssisləri deyir ki, bizdə şərabın maya dəyəri 5-6 manata başa gəlir. Bir də görürsən ki, bizim markanın adı altında hansısa şadlıq evlərində həmin şərab 3 manata qoyulur. Hansı ki, o şərablar həmin şadlıq evinin zirzəmisində hazırlanır. Bu mənada minimum onlara qiymət qoymaq lazımdır ki, həmin zavodlar normal şərablarını sata bilsinlər. Bu zaman büdcəyə vergi ayırmaları da artacaq”.

Millət vəkili Jalə Əliyeva da spirtli içkilər və tütün məmulatları ilə bağlı qiymətlərin qaldırılması, aksiz dərəcələrinin artırılması təkliflərini dəstəkləyib:

jala

“Mən də bunu ikiəlli dəstəkləyirəm. Bir şeyin ki, üstünə yazılır ki, sizin sağlamlığınız üçün zərərlidir, təhlükədir, onda nəyə görə, bunların qiyməti, aksiz dərəcələri artırılmasın? Hesab edirəm ki, istər spirtli içkilərin, istərsə də siqaret məhsullarının qiymətləri qaldırılmalıdır, elə edilməlidir ki, onları almaq, istifadə etmək  halları azalsın, minimuma endirilsin”.

Millət vəkili eyni zamanda, müzakirəyə çıxarılan qanun layihələrinin dilinin çox qəliz olduğunu bildirib:

“Vallah, Məşədi İbadın sözü olmasın, “Tarixi-Nadir”i yarısınacan oxumuam, amma bu sənədlərdən bir şey başa düşmək olmur. Onları oxuyub axırına çatanda əvvəlini unudursan, bilmirsən ki, nədən söhbət gedir… Çox qəliz yazılır, anlamaqda çətinlik çəkilir. Ona görə bu məsələyə də ciddi diqqət yetirmək lazımdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisnalar var… – ANAR ƏLİYEV

Read Next

Vergilər nazirinin müavini energetik içkilərlə deputatlara nə cavab verdi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir