“Tariximizin məsuliyyətli və sınaq dövründə cənab Prezidentimiz, Ali Baş Komandanımızın və ordumuzun ətrafında daha sıx birləşməli, Vətənin bütövlüyü naminə həmrəy olmalıyıq. Qələbə bizimlədir!”-FATMA YILDIRIM

İşğalçı Ermənistan Azərbaycanın xəbərdarlığından nəticə çıxarmayaraq, sentyabrın 27-də növbəti hərbi təxribat törədərək bır sıra yaşayış mənətəqlərimizi və dinc sakinləri ağır silahlardan növbəti dəfə atəşə tutdu. Bununla da, Ermənistan Azərbaycan dövlətinin və xalqının səbrini daşırdı. Bu təxribata cavab olaraq şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Əks-hücum nəticəsində düşmənə sarsıdıcı zərbələr endirilir. Eyni zamanda, bir sıra ərazilər və strateji yüksəkliklər işğaldan azad olunub. Bu günü  bütün xalqımız çoxdan gözləyirdi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.   

F. Yıldırım bildirib ki, yaranmış vəziyyətə görə bilavasitə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır:

“Çünki işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi bir müddətdir ki, ölkəmizə qarşı təxribatlar həyata keçirir və bu məkrli addımından imtina etmək fikrində deyil. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı Paşinyan hakimiyyətinin iç üzünü bir daha ifşa etdi, Ermənistanın Azərbaycana qarşı yeni müharibə və təxribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Cənab Prezident Ermənistanın Azərbaycana qarşı ardıcıl olaraq apardığı təxribatların əsas səbəblərini də vurğuladı. İyul ayında ermənilər Tovuz istiqamətində təxribat törətdi. Erməni silahlı qüvvələri sərhəd boyunca mülki əhalini qəsdən hədəfə aldı. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxs öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Lakin ermənilər bu dəfə də şanlı ordumuz tərəfindən layiqincə yerinə oturduldu. Ancaq təkcə Tovuz hadisələri deyil, işğal olunmuş ərazilərdə “prezident seçkiləri”, “parlament seçkiləri”, mədəniyyətimizin beşiyi olan Şuşada “andiçmə mərasimi” keçirməsi və digər faktlar Ermənistanın ölkəmizə qarşı təxribatlarının göstəriciləridir.

Bunun ardınca isə erməni tərəfi sentyabrın 27-də növbəti dəfə təxribat törədərək ərazilərimizi ağır silahlardan atəşə tutdu. Beynəlxalq təşkilatların və dövlətlərin işğalçıların bu təxribatlarına susqunluğu fonunda Azərbaycan Ordusu öz sözünü deyir, düşmənə sarsıdıcı zərbə endirilir. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, bizim işimiz haqq işidir, biz torpaqlarımızın işğaldan azad olunmasını istəyirik”.

F. Yıldırım qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilib. 30 il ərzində beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, dünya dövlətləri Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi atmadılar. Belə olan təqdirdə son söz Azərbaycan Ordusunundur. Ölkədə hərbi vəziyyətin və qismən səfərbərlik elan olunması da çox doğru qərardır.

“Bu gün bütün Azərbaycan xalqı qəhrəman Ordumuzla, Ali Baş Komandanımızla  bir yerdədir, onun düşmənə qarşı mübarizəsini alqışlayır və dəstəkləyir. İgid əsgərlərimiz əmin ola bilər ki, hər bir Azərbaycan vətəndaşı onunla birdir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlər də veririk. Biz onların ruhu qarşısında baş əyirik. İnşallah, tezliklə işğal altında olan bütün torpaqlarımız azad olunacaq və şəhidlərimizin ruhu şad olacaq”-deyən, millət vəkili qeyd edib ki, belə bir zamanda, tariximizin məsuliyyətli və sınaq dövründə cənab Prezidentimiz, Ali Baş Komandanımızın və ordumuzun ətrafında daha sıx birləşməli, Vətənin bütövlüyü naminə həmrəy olmalıyıq. Qələbə bizimlədir!

21:33

Etikxeber.az

Read Previous

Milli Məclis payız sessiyası başlayır-SABAH – GÜNDƏLİYƏ 22 MƏSƏLƏ DAXİL EDİLİB…

Read Next

“Xalqımız Allahdan istəyirdi ki, müharibə olsun…Xalqımızda böyük canlanma var…”-ZEYNƏB XANLAROVA – ÜNLÜ SƏNƏTÇİ “İLHAM ƏLİYEVLƏ MEHRİBAN XANIM OLMASA, AZƏRBAYCAN DAĞILAR”-DEDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir