Tatlısəs də özünü “FETÖ qazisi” hesab edir…

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs vaxtilə güllə ilə vurulması işinə biganə yanaşdıqları üçün sabiq polis və məhkəmə vəzifəlilərindən İstanbul Baş Prokurorluğuna şikayət edib.
Etikxeber.az Avropa.info-ya istinadən xəbər verir ki, 7 avqust mitinqində özünü “FETÖ qazisi” adlandıran Tatlısəs həmin dövrdə istintaq aparan  şəxslərin onun vurulmasına göz yumduğunu iddia edib.
Tatlısəs verdiyi şikayət ərizəsində əvvəllər vəzifədə olan polis və məhkəmə vəzifəlilərinin FETÖ/PYD üzvü olması, qəsdən yaxud ehtiyatsızlıq üzündən adam öldürməyə cəhd, konstitusion quruluşu dəyişdirmək maddələri ilə mühakimə olunmasını istəyib.
Etikxeber.az

Read Previous

Azərbaycan və Rusiya vilayətləri arasında 12 sənəd imzalanıb

Read Next

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir