Tatlısəs indi də İzmirdə “otellər zinciri” qurur…

Ünlü sənətçi- “İmperator” İbrahim Tatlısəsin İstanbuldan İzmirə köçdüyü haqda məlumat vermişdik.
 
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ünlü sənətçi ömrünün qalan hissəsini bundan sonra ailə üzvləri ilə birlikdə İzmirdə keçirməyi və burada yaşamağı qərarlaşdırıb.
 
O, deyib ki, İstanbulda qalan digər qohum-əqrabasını da İzmirə köçürməyi və ya onları buna razı salmağı düşünür.
 
Korifey sənətkar İzmirə köçər-köçməz də burada şəxsi restoranının-istirahət məkanının açılışını edib.
 
Tatlısəs bildirib ki, İzmirdə yaxın gələcəkdə  “otellər zinciri” də qurmağı hədəfləyir.
 
Ünlü sənətçi eyni zamanda, tezliklə onu sevənləri-pərəstişkarlarını sevindirəcəyini, yaxın iki ay ərzində yenidən sənətə-səhnəyə dönəcəyini vəd edib.
 
Həmçinin, tezliklə yeni albom-kasset buraxacağını da sözlərinə əlavə edib.
 
Etikxeber.az

Read Previous

Kılıçdaroğlu kənarda saxlandı…

Read Next

Akşənərdən Kahramana “Bu, Meral Kılıçdaroğlumu?” atmacasına sərt cavab – AÇIQ MƏKTUB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir