Tbilisi-Bakı qatarının hərəkətində problem yarandı: “1-2 saatdan sonra ikinci yolu da açacağıq””

“Tbilisidən Bakı istiqamətinə gələn qatar Zəyəm stansiyasına daxil olarkən, 3 vaqonunun təkər cütləri yerə düşüb”.

Etikxeber.az bildirir ki,  bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə açıqlaması zamanı bildirib.

N.Əzməmmədovun sözlərin görə, baş verən hadisə nəticəsində vaqon aşmayıb.

“Qatar stansiyaya daxil olarkən sürətli olmayıb. Hazırda Gəncə bərpa qatarı vaqonların qaldırılması istiqamətində işlər həyata keçirir. Yolda isə hərəkət dayanmayıb. Bir yolla biz qatarların hərəkətini təmin edirik” – deyə, N.Əzməmmədov əlavə edib.

Qurum sözçüsünün sözlərinə görə, hadisə nəticəsində zərər çəkən olmayıb, qrafikdə heç bir dəyişiklik baş verməyib: “Bakıya və Tbilisiyə gedən qatarlar vaxtında mənzil başına çatıb. 1-2 saatdan sonra ikinci yolu da açacağıq”. 

Etikxeber.az

Read Previous

Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəməyə Əfqan Hacıyev sədrlik edəcək

Read Next

Qeyri-maddi mədəni irsin qorunması ilə bağlı xüsusi qanun hazırlanır – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir