TBMM-də “saçyoldu”: ŞƏFƏQ PAVEYLƏ AYLİN NAZLIAKA XƏSTƏXANALIQ OLDU – FOTO

Türkiyə Böyük Millət Məclisində (MM) Konstitusiya dəyişikliklərini nəzərdə tunan qanun layihəsinin müzakirəsi-səsverməsi (ikinci tur) yenə qalmaqlla nəticələnib.

Etikxeber.az-ın məlumatına görə, bu dəfə qalmaql iştirakçıları əsasən xanım millət vəkilləri olub.

Belə ki, ötən ilin mayında CHP-dən xaric edilən Aylin Nazliaka əlini TBMM kürsüsünə (tribunasına) qandallayıb və bu yolla Konstitusiya dəyişikliklərinə öz etirazını sərgiləyib.

Bu isə TBMM-də gərgin anlar yaşadıb.

AKP-li xanım millət vəkilləri onu bu fikrindən daşındırmağa çalışarkən də, tərəflər arasında gərginlik yaranıb və gərginlik sonda qalmaqala, “saçyoldu”suna çevrilib.

Bu zaman Nazlıakaya köməyə gələn CHP-li  əlil millət vəkili Şəfəq Pavey fiziki təzyiqlərə, hücuma məruz qalıb.

Onun protezləri yararsız, tanınmaz hala salınıb, özü isə xətəxanaya yerləşdirilib.

Eyni zamanda, Nazlıaka da xəstəxanalıq olub.

safe_image

Etikxeber.az

Read Previous

Deputat İlham və Fərizənin 27-ci ildönümü ilə bağlı mərasimə qatıldı – FOTO

Read Next

Tramp dönəmi (qalmaqallı) başladı… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir