“Teatrın rəhbərliyinə bu gündən “müharibə” elan edirəm…”-ƏMƏKDAR ARTİST

Əməkdar artist Çingiz Əhmədov əməkdaşı olduğu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirib.

Etikxeber.az-ın xəbərinə görə, tanınmış aktyor bunu bir az öncə ATV-də Nanə Ağamalıyevanın aparıcısı olduğu verilişdə dilə gətirib.

“Mən bu gündən teatrın rəhbərliyinə “müharibə” elan edirəm”-deyən aktyor onun əməyinin, zəhmətinin qiymətləndirilməməsindən narazılığını sərt şəkildə ifadə edib.

“Təbii ki, dövlətimiz mənim əməyimi qiymətləndirir, dövlətimizdən heç bir şikayətim yoxdur, amma teatrın rəhbərliyi mənim əməyimi qiymətləndirmir. Hələ də səbəbini bilmirəm. Bilmirəm ki, kimin bostanına daş atmışam…Artıq yorulmuşam, teatrın rəhbərliyinə qarşı buradan və bu gündən “müharibə” elan edirəm…”-deyə, o, sözlərinə əlavə edib.

O, həmçinin deyib ki, bu il 58 yaşı tamam olur ki, onun 37 ilini də səhnədə keçirib.

Etikxeber.az

Read Previous

“Virus təhlükəlidir, ancaq özümüzdə də günah var: qoruyucu maskalardan yetərincə istifadə etmirik, karantin rejiminin tələblərinə lazımi səviyyədə məhəl qoymuruq, vaxtından əvvəl arxayınlaşmışıq…”-ELNUR ALLAHVERDİYEVDƏN ÇAĞIRIŞ

Read Next

“Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkədir”-SPİKER – VAHİD ƏHMƏDOV “ÖRÜŞ YERLƏRİ”NDƏN DANIŞDI, AQİL ABBAS ŞUŞANIN 270 İLLİYİNİN QEYD OLUNMASINI TƏKLİF ETDİ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir