Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və assosiasiyanın üzvü İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər.
Etikxeber.az xəbər verir ki, teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar.
Oktyabrın 2-dək davam edəcək beynəlxalq tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edəcək.
Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə “Yenilik və Qlobal Teatr: Kommersiya və Mədəni tələbat arasında mövzusunda” beynəlxalq simpozium da keçiriləcək.
Etikxeber.az