“Telekom”- “Ximik” voleybol oyununun hakimləri müəyyənləşib

Gələn il yanvarın 10-da Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirəcək.

Etikxeber.az xəbər verir ki, Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində Polşanın “Ximik” komandasını qəbul edəcək. Görüşün baş hakimi lixtenşteynli Filipe Şürmann olacaq. Ona rumıniyalı həmkarı Paul Katalin Szabo-Aleksi kömək edəcək.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda ilk oyununu səfərdə İtaliyanın “Konegliano” komandasına qarşı keçirib və 0:3 hesabı ilə məğlub olub.

Etikxeber.az

Read Previous

Statistika Komitəsi: Dövlət büdcəsinin gəlirləri 12103,9 milyon, xərcləri 12468,2 milyon manat olub

Read Next

Azərbaycanlı hücumçu Latviyada ilin futbolçusu seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir