Televiziyaya basqın edildi: Ölənlər var…

Əfqanıstanın Cəlalabad şəhərində (Nanqarxar əyaləti) silahlılar dövlət televiziyasının binasına hücum edib.

Etikxeber.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə, hadisə nəticəsində 4-ü televiziya əməkdaşı olmaqla 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.

Hadisə yerinə cəlb edilən Əfqanıstan təhlükəsizlik qüvvələri dörd saatlıq döyüşdən sonra silahlıları zərərsizləşdirib. Məlumata əsasən, hücumu həyata keçirən üç nəfərdən 2-si öldürülüb, daha 1-i yaxalanıb.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Etikxeber.az

Read Previous

Prezident İsayevə və Hərçəqaniyə medalını təqim etdi – FOTO – YENİLƏNİB

Read Next

Laçınsızlıq-25 il…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir