Temperatur 6-8 dərəcə enəcək-XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu  tədricən 6-8 dərəcə aşağı enəcək.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, iyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu  düşəcəyi gözlənilir. 

Qərb küləyi 15-20, ayrı ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu  ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Etikxeber.az

Read Previous

“Sağlam və sığortalı” adlı 6 məlumatlandırıcı xarakterli internet TV proqramının hazırlanması və yerli internet TV ilə yanaşı, sosial şəbəkələrdə yayımlanması-NƏZƏRDƏ TUTULUR

Read Next

Millət vəkili vətəndaşlardan aldığı təkliflərin-OPERATİV QƏRARGAH TƏRƏFİNDƏN DƏYƏNLƏNDİRİLMƏSİNİ XAHİŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir