“Terakt törədilməsəydi, Sərkisyan indi prezident postunda deyil, həbsxanada idi…”- SAHİB ALIYEV

“Bu gün Ermənistan parlamentində törədilən terror aktından 18 il keçdi. Məhz bu terror nəticəsində Ermənistanın parlamentinin spikeri, baş naziri, bir necə deputatı və digər rəsmi şəxsləri qətlə yetirilmişdi. Öldürülənlər Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəlmək lazım olduğunu deyənlər idi”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

O, qeyd edib ki, bu gün baş vermiş həmin olay haqda danışan erməni deputat Nikol Paşinyan bildirib ki, Serj Sərkisyanın rəhbərliyi dövründə bu qətli kimin təşkil etdiyinin üstü heç vaxt açılmayacaq:

“Elədir, açlmayacaq. Çünki açılsa bəlli olacaq ki, o zaman Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin başında duran Sərkisyan nəinki baş nazir, parlamenitin spikeri və deputatların qorunmasını yetərincə təmin etməyib, əksinə, ən azından bunda, yəni onların məhv edilməsində maraqlı olub.

Çünki həmin terror aktı törədilməsəydi, Sərkisyan indi prezident postunda deyil, həbsxanada idi.

O da əgər sağ qalsaydı”.

Etikxeber.az

Read Previous

Əliyev Avstraliya və Qvatemalanın yeni səfirlərinin etimadnamələrini qəbul etdi – FOTOLAR

Read Next

Prezident:” Əməkdaşlığımız gözəl nəticələr verir…” – FOTO -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir