Tereza Mey “terrakt” dedi – ÖLƏNLƏRİN SAYI 6-YA ÇATDI – FOTO – YENİLƏNİB (3)

İngiltərənin paytaxtında London-Bridc körpüsü üzərində sürücü avtomobili sərnişinlərin üzərinə sürüb, yaralananlar var.

 Etikxeber.az TASS agentliyində istinadla xəbər verir ki, polis hadisə yerindədir. Körpüyə gedən yollar, həmçinin yaxınlıqda yerləşən dəmiryol vağzalı bağlanılıb. BBC-nin məlumatına görə, insident nəticəsində beş nəfər yaralanıb.

“Euronews” telekanalının verdiyi məlumata görə, “Reuters” hadisə şahidlərinə istinadla 3 nəfərin boğazının kəsildiyi barədə məlumat yayıb. Lakin polis bunu hələlik təsdiqləməyib.

***

Britaniyanın Baş naziri Tereza Mey açıqlamasında Londondakı hadisəni “potensial terror aktı” kimi qiymətləndirib. Daha sonra polis tərəfindən verilən açıqlamada da hadisənin terror aktı olduğu təsdiqlənib.

“Vauxhall” bölgəsində baş verən bıçaqlanmanın isə terror hadisəsi olmadığı bildirilib.

ABŞ Prezidenti Donald Tramp Londondakı terror hadisəsi ilə bağlı sosial media üzərindən Britaniyaya dəstək mesajı ünvanlayıb:

“London və Birləşmiş Krallıq üçün nə mümkündürsə edəcəyik və onlarla olacağıq. Biz sizinləyik, Tanrı sizi qorusun!”

Yerli mətbuat Donald Trampla Tereza Mey arasında hadisə ilə əlaqədar telefon danışığının olduğunu da yazıb.

***

Son məlumata görə isə, baş verən hadisələrdə (hücumlarda) yaralananlardan ikisinin öldüyü təsdiqlənib.

***

London polisi  hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib.

“Dünən 22.08-də (Bakı vaxtı ilə 01.28-də) London körpüsündə sürücünün avtomobili piyadaların üstünə sürməsi barədə məlumatlar daxil olmağa başlayıb. Avtomobil körpüdən Boro bazarına doğru hərəkəti davam etdirib. Şübhəli şəxslər avtomobili tərk edərək, bir neçə nəfərə xəsarət yetiriblər”, – deyə polis nümayəndəsi Mark Rouli bildirib.

Onun sözlərinə görə, yaralananlar arasına hadisə yerinə çağırış əsasında gəlmiş polis zabiti də var.

“Polislər hadisə yerinə yetişərək şübhəli şəxsləri məhv ediblər. Bu polisə edilən birinci zəngdən 8 dəqiqə sonra baş verib”, – deyə Rouli qeyd edib.

Bəzi KİV-lər insidentlərdə beş terrorçunun iştirak etdiyini iddia edir.

***

London polisi terror aktları nəticəsində 6 nəfərin öldüyünü bildirib.

“Son məlumata görə, altı nəfər həlak olub… Azı 20 nəfər xəsarət alaraq Londonun altı xəstəxanasına yerləşdirilib”, – deyə M.Rouli bildirib.

Milli Səhiyyə Xidmətinin məlumatına görə, gecə hücumlarından sonra xəstəxanalara 30-dan çox yaralı yerləşdirilib.

Etikxeber.az

Read Previous

“Real Madrid” 12-ci dəfə UEFA Çempionlar Liqasının kubokuna sahib oldu – FOTO – YENİLƏNİB

Read Next

Düşmən atəşkəs rejimini 119 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir