“Terminologiya Komissiyası “dilçilərdən” yox, dili həqiqətən daha yaxşı hiss edən yazıçılarımızdan təşkil olunmalıdır” – NƏRİMAN QASMOĞLU

“Terminologiya Komissiyasının dilimizdə qarşılıqlarını təqdim etdiyi sözlərə baxın: “adapter” – “yükləyici”, “embarqo” — “qadağa”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “mesaj” – “ismarıc”. Artıq bunlara münasibət bildirilib. Sonuncunun – “mesaj”ın üstündə bir daha dayanıb (bu barədə nə qədər yazmaq olar axı?!) qeyd edim ki, “ismarıc” yox, “ismarış” olmalıdır”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış şərqşünas-alim  Nəriman Qasımoğlu öz “Facebook” statusunda yazıb.

“Deyək ki, o biri sözlərin qarşılığını tapmaqda çətinliyiniz var və buna görə də qeyri-dəqiqliyə yol verirsiniz.

Axı bu zavallı “ismarış” sözünün ən azından Azərbaycan ədəbiyyatında hansı orfoqrafiyada işləndiyini, xalq içində hansı orfoqrafiyada tələffüz edildiyini nəzərə almalı idiniz…

İnanıram ki, komissiya “dilçilərdən” yox, dilə həssas yanaşan, dili həqiqətən daha yaxşı hiss edən yazıçılarımızdan təşkil olunmalıdır”– deyə, o, daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Kılıcdaroğlu yenidən erkən seçkilər və Ərdoğana “Hodri, meydan!” dedi

Read Next

“Dilimizdə sözalma prosesi olub, var və olacaq…” – NƏSİR ƏHMƏDLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir