Terrakt qurbanları dəfn olundu, Ərdoğan sərt danışdı: “Bədəlləri ağır olacaq” – FOTOLAR

İstanbul Əmniyyət Müdirliyində dekabrın 10-da axşam saatlarında Beşiktaşda törədilmiş çoxsaylı insan tələfatına səbəb olan terror aktının qurbanları ilə vida mərasimi təşkil olunub.

Etikxeber.az-ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin tanınmış simaları vida mərasimində iştirak ediblər.

Mərasimdəki çıxışlarda hər cür terror aktı qətiyyətlə pislənilib, Türkiyə xalqının terrora təslim olmayacağı bildirilib.

Türkiyə Prezidenti R. T. Ərdoğan isə İstanbul terraktı ilə bağlı deyib ki, terrorçular bunun ağır bədəllərini ödəyəcəklər:

“Millətimizin başı sağ olsun. Amma bunu bilmələri lazım ki, bunlar yanında qalmayacaq, bunları yanına qoymayacağıq. Daha ağır bədəllər ödəyəcəklər. Bunu birdəfəlik bilmələri lazım”.

istanbul-6

istanbul-7

Etikxeber.az

Read Previous

“Mütəllibov dedi ki, ətrafımdakılar imkan vermirlər, nə lazımdır, edəcəyəm…” – ELDAR İBRAHİMOV MƏRHUM HEYDƏR ƏLİYEVLƏ BAĞLI XATİRƏLƏRİNİ BÖLÜŞDÜ

Read Next

Millət vəkili İstanbul terraktını lənətlədi: “Türkiyəni diz çökdürə bilməyəcəklər”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir