Terraktda ölənlərin sayı 290-a çatdı – ŞRİ-LANKA QAN GÖLÜ İÇİNDƏ – FOTOLAR – YENİLƏNİB – (2)

Şri-Lankanın paytaxtı Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə partlayışlar törəfilib.

Törədilən partlayışlarda azı 185 nəfər ölüb, 500-dək insan yaralanıb.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, ilk partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki “Müqəddəs Antoni” kilsəsində Pasxa bayramı ilə əlaqədar insanların çox olduğu vaxt baş verib.

İkinci partlayış Neqombo şəhərindəki “Müqəddəs Sebastian” kilsəsində, üçüncü isə Battikaloa şəhərindəki kilsədə törədilib.

Bundan başqa, beşulduzlu 3 hoteldə də partlayış olub.

Polis dövlət qurumlarına və əhaliyə mümkün yeni partlayışlarla əlaqədar xəbərdarlıq edib.

Orta məktəblərdə dərslər iki günlük təxirə salınıb.

Əhalinin sıx olduğu yerlərdə, o cümlədən hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

sri-lanka-1

Şri-Lankada daha iki bir partlayış baş verib. 

Reuters-in məlumatına görə, zoopark yaxınlığında baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.

Digər partlayış isə paytaxt Kolombonun Demataqoda rayonunda olub.

Qeyd edək ki, bu, gün ərzində sayca səkkizinci partlayışdır.

***

Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 215-ə çatıb.

Bu barədə News 1ST məlumat yayıb.

Eyni zamanda, partlayışlarla əlaqədar ölkədə komendant saatının tətbiqinə başlanılıb.

Hökumətin təhlükəsizlik məsələləri ilə əlaqədar qəbul etdiyi qərara əsasən saat 18:00-dan səhər 6:00-dək komendant saatı qüvvədə olacaq.

Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədi ilə ölkədə “Facebook” və “WhatsApp” da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib.

Şri-Lanka Prezidentinin katibi Udaya Senevirant deyib ki, bu qərarlar müvəqqəti xarakter daşıyır.

Bildirilir ki, paytaxtdakı “Bandaranaike” beynəlxalq hava limanından bütün daxili uçuşlar təxirə salınıb.

Yerli mətbuatın xəbərlərinə əsasən hüquq-mühafizə orqanları partlayışlarla əlaqəsi olmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

***

Törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 290-a çatıb. Təxminən 500 nəfər yaralı var.

Ölkə tarixində ən böyük hücum hadisəsi ilə əlaqədar Prezident Sirisena təhlükəsizlik şurasının təcili iclasını çağırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayışlarla əlaqədə şübhəli bilinən 13 nəfəri saxlayıb.

Etikxeber.az

Read Previous

“Seçicilərin etimadını doğruldacam” – ZELENSKİ

Read Next

Zelenski mayın 1-dən rəsmən Ukrayna prezidenti olacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir