Terraktlar yeddi kamikadze tərəfindən törədilib – ŞRİ-LANKADA

Şri-Lankada terror aktları seriyasını yeddi kamikadzenin həyata keçirdiyi ehtimal edilir.

Etikxeber.az Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, təhqiqatçılar insan cəsədlərini analiz edərək belə nəticəyə gəliblər.

Burada 8 partlayışdan 6-dan söhbət gedir. Kolombo şəhərində “Şanqri-La” otelinə hücumda iki, digər partlayışların hərəsində isə bir terrorçu-kamikadze iştirak edib.

Xatırladaq ki, ötən bazar günü pasxa bayramı zamanı Şri-Lankada partlayışlar seriyası törədilib. İlk 6 partlayış 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib.

Son məlumata görə, hücumlar nəticəsində həlak olanların sayı 290 nəfərə çatıb, 500-ə yaxın insan isə yaralanıb. Həlak olanların arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.

Şri-Lanka ordusu təhlükəsizliyi təmin etmək üçün ölkənin paytaxtı Kolomboya mindən artıq hərbçi göndərib.

Hadisə ilə bağlı 24 nəfərin saxlanıldığı bildirilir.

Etikxeber.az

Read Previous

İlham Əliyev Şri-Lanka prezidentinə başsağlığı verdi

Read Next

İTV-nin Yayım Şurasının 3 yeni üzvü məlum olacaq – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir