Terror aktına görə məsuliyyəti ABŞ-ın dəstəklədiyi dövlətlər daşıyır – XAMNEYİ

İranda törədilən terror aktına görə məsuliyyəti ABŞ-ın dəstəklədiyi dövlətlər daşıyır.

Etikxeber.az xəbər verir ki, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamneyi deyib.

O, terror aktı zamanı həlak olanların ailələrinə başsağlığı verərək bildirib ki, terrorun məqsədi xalqı qorxudub azadlıq və istiqlaliyyət yolundan döndərməkdir. Lakin düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər. İran xalqı azadlığını və istiqlaliyyətini qorumaq uğrunda mübarizəsini daim davam etdirəcək.

irannnnnnnnnnnnnnnnnnnnn

Ali Lider ölkənin kəşfiyyat orqanlarına xüsusi tapşırıq verərək terror aktını törədənlərin tez bir zamanda tutulub məsuliyyətə cəlb olunmalarını tələb edib.

İran prezidenti Həsən Ruhani televiziya müraciətində bildirib ki, ABŞ və onun müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, rəsmi Tehran nüvə proqramını davam etdirəcək. Heç bir terror aktı İranı yolundan döndərə bilməz.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qeyd edib ki, terror nəticəsində ölənlər arasında uşaqlar, qadınlar və jurnalistlər də var. Nazir məsuliyyəti ABŞ-ın üzərinə qoyaraq bildirib ki, İran öz vətəndaşlarını qoruyacaq və bu terror aktına qısa zamanda kəskin cavab veriləcək.

Xatırladaq ki, İranda “Müqəddəs müdafiə” həftəsi ilə əlaqədar hər il sentyabrın 22-də böyük şəhərlərdə hərbi parad keçirilir. Dünən Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı nəticəsində azı 25 nəfər həlak olub, 60-dan çox insan yaralanıb.

Etikxeber.az

Read Previous

21 sentyabr hadisəsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisidir – TAHİR RZAYEV

Read Next

Dördüncü qələbə… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir