“Terror və terrorçuluq fəaliyyəti artıq Ermənistanın dövlət siyasətinə çevrilib…” – DEPUTAT

2 yaşlı Zəhranın timsalında günahsız körpələrin qətlə yetirilməsi işğalçı və təcavüzkar Ermənistanın terrorçu siyasətinin mahiyyətini ortaya qoyur.

Terror və terrorçuluq fəaliyyəti artıq Ermənistanın dövlət siyasətinə çevrilib və bu, 2 yaşlı körpə balamız Zəhranın qətlə yetirilməsi ilə özünü bir daha əyani şəkildə göstərdi.

Bunu Etikxeber.az-a açıqlamasında  millət vəkili Eldəniz Səlimov deyib deyib.

“25 il bundan əvvəl olduğu kimi terrorçu, vəhşi, quldur, qaniçən Ermənistan hakimiyyətinin işğalçılıq siyasəti bu gün də davam edir, dinc əhali hədəf alınır”-deyən millət vəkilinin sözlərinə görə,  belə ki , 1992-ci ildə Xocalı soyqırımını törədən vəhşi ermənilər bu gün də körpə, günahsız Zəhraları qətlə yetirməklə öz cinayət əməllərini davam etdirirlər.

O, deyib ki,  qüdrətli və güclü Azərbaycan Ordusu öz ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizə apardığı, düşmən təxribatlarının qarşısını aldığı halda, bəşər cəmiyyəti üçün hər zaman təhlükə olan, insani xüsusiyyətlərdən uzaq olan vandal ermənilər isə yalnız dinc əhaliyə güllə atmaqla öz şərəfsiz və çirkin əməllərini bir daha ortaya qoyurlar.

Millət vəkilinin dediyinə görə, təbii ki, quldur və terrorçu ermənilərin bu əməlləri cavabsız qalmayacaq, güclü və şərəfli Azərbaycan Ordusu və torpaqlarımızın keşiyində dayanan qəhrəman əsgərlərimiz adekvat addımlar atacaq, 2016-cı ilin aprel ayında olduğu kimi yenidən düşmənə öz yerini göstərəcək:

“Bu cinayətkar əməlləri törədən ermənilər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Şübhəm yoxdur ki, onlara havadarlıq edən qüvvələrin və bəzi beynəlxalq təşkilatların ikili yanaşmasına baxmayaraq, bu əməllərin sahibləri cəzasız qalmayacaq”.

E. Səlimov onu da deyib ki, işğalçı və təcavüzkar Ermənistan silahlı birləşmələrinin dinc əhalimizə və mülki obyektlərimizə hücumları insan haqlarının, 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır:

“Düşmənin təxribat xarakterli əməlləri cəbhə bölgəsində yaşayan soydaşlarımızda qorxu yaratmaq məqsədi daşıyır: “Ancaq azğın düşmən unudur ki, xalqımız, Azərbaycan Ordusu güclüdür, mübarizdir, heç nədən qorxmur. Xüsusilə, cəbhə bölgəsində yaşayan soydaşlarımız daim azğın düşmənlə üz-üzə dayansalar da qorxmaz, mərd şəkildə öz həyatlarını davam etdirir, torpaqlarımızın düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyirlər. Şübhəsiz ki, o gün uzaqda deyil. Kimsə də buna şübhə etməsin və edə də bilməz”.

Millət vəkili həmçinin bildirib ki, bəzi beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələdə qətiyyətli mövqe ortaya qoymalı, işğalçı Ermənistana təzyiqlər göstərilməlidir.

“Təəssüf ki, artıq 25 ildir biz bunun şahidi olmuruq. Zaman-zaman regiona səfər edən və protokol xətrinə bəyanatlar yayan həmsədrlər qəti şəkildə mövqe ortaya qoymurlar. Onlar işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgiləyirlər. Bu isə Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurur və Minsk qrupunun fəaliyyətinə böyük şübhələr yaradır.

Günahsız körpələrin qətlə yetirilməsi vandal Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoyur. Beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu bunu dilə gətirməli, ikili standartları bir kənara qoyub ədalətli mövqe nümayiş etdirməli, Ermənistanı işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməyə, soyqırımı siyasətini dayandırmağa məcbur etməlidir”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Etikxeber.az

Read Previous

Azərbaycanın mülki şəxslərinin erməni hərbçiləri tərəfindən öldürülməsini pisləyən bəyanat avropalı deputatlara paylanıldı

Read Next

İyulun 4-də tökülən qana görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür – MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir