“Terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik, lakin indiyə qədər İran heç bir əsaslı cavab verməyib…”-XİN RƏSMİSİ – YENİLƏNİB – (1)

Terrorçu cinayəti törətməzdən əvvəl avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.

“08:34-də İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yanındakı polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Terrorçu 4 dəqiqə ərzində, yəni 08:36-ya qədər səfirliyin bir əməkdaşını qətlə yetirib, iki əməkdaşını yaralanıb”-deyən Ayxan Hacızadə Vasif Tağıyevin terrorçunun əlindən avtomatı aldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, lakin bu dəfə terrorçu üzərində daşıdığı tapança ilə Vasif Tağıyevi çənəsindən yaralayıb.

O, qeyd edib ki, giriş qapısındakı İran polisinin əməkdaşı nəinki hadisəyə müdaxilə etməyib, hətta ərazidən uzaqlaşıb.

Ayxan Hacızadənin sözlərinə görə, terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb, özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb.

“Guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair mediada xəbər yayılmışdı. Amma videodan göründüyü kimi bu, planlaşdırılmış terror hücumudur”-deyən XİN sözçüsü bildirib ki, səsləndirilən bəyanatların heç bir əsası yoxdur:

“Bu terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik. Lakin indiyə qədər İran heç bir əsaslı cavab verməyib”.

Ayxan Hacızadə vurğulayıb ki, müşahidələrdən göründüyü kimi hücum edən şəxs ruhi xəstə deyil:

“Hadisədən sonra dövlət televiziyalarına müsahibəsində də bu aydın görünür”.

XİN sözçüsü bildirib ki, bu barədə səsləndirilən bəyanatlar əsassızdır.

***

Sonra “İranın Azərbaycandakı səfirliyinin fəaliyyəti ilə bağlı biz tərəfdən heç bir rəsmi müraciət olmayıb”-deyən Ayxan Hacızadə qeyd edib ki, növbəti mərhələlərdə hansı addımların atılacağı hələlik məlum deyil:

“Bu barədə hansısa bir qərar da yoxdur”.

16:05

***

Ayxan Hacızadə eyni zamanda deyib ki, Anlaşma memorandumu olmasına baxmayaraq, İran tərəfi ilə indiki məqamda Zəngəzur dəhlizinin inkişaf etdirilməsi istiqamətində hansısa irəliləyiş yoxdur.

“Şübhəsiz, ikitərəfli münasibətlərdə bu mənfi çalarların olması digər istiqamətlərdə, o cümlədən nəqliyyat, iqtisadiyyat məsələlərinə də öz təsirini göstərir”– deyə, o, qeyd edib.

Etikxeber.az

Read Previous

“Ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq…”-ƏLİYEV ƏRDOĞANLA DANIŞDI

Read Next

Daha 3 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir