Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mayın 22-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, MM sədrinin birinci müavini, adıçəkilən komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verərək, bildirib ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişikliklər nəzərdə tutulur.
Dünyanın terror və terrorçuluqdan əziyyət çəkdiyini, bu baxımdan, buna qarşı Azərbaycanda ciddi tədbirlərin görüldüyünü, hüquqi bazanın formalaşdırıldığını vurğulayan birinci vitse-spiker deyib ki, dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi təqdim olunub.
Qeyd edilib ki, Saziş 2019-cu il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb.
“Bu Saziş ölkələrimiz arasında hüquqi bazanın genişləndirilməsinə xidmət edir”-deyə, Z. Əsgərov sonra qeyd edib.
İclasda həmçinin “Fövqəladə vəziyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə və digər qanun layihələri ilə birlikdə plenar iclasa tövsiyə olunub.
K. HƏMZƏOĞLU
Etikxeber.az