“Terrorçunun vətəni və dini yoxdur” – DEPUTAT QANLI ADNA TERRAKTINDAN DANIŞDI

Qanlı ADNA hadisəsindən 10 il ötür. Düz 10 il öncə, yəni, 2009-cu ilin 30 aprel tarixində  baş verən terror hadisəsi planlaşdırılmış şəkildə törədilmişdi.

Bunu Etikxeber.az-a açıqlamasımnda millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Millət vəkili deyib ki, terrorun və terrorçunun vətəni və dini yoxdur.

“Terrorçu törətdiyi çirkin əməllərlə günahsız insanları hədəfə alır. Hamıya məlumdur ki, universitetdə baş verən hadisə erməni tərəfindən maliyyələşdirilmiş Gürcüstan vətəndaşı Mardun Qumaşyan tərəfindən planlaşdırılıb. Burada bir sıra motivlər var idi. Bu hadisə törədilən zaman Ermənistanda mənəvi-siyasi böhran idi. Həmin vaxt bu hadisəni Azərbaycanda törətməklə Ermənistan böyük bir diqqəti özündən yayındırmaqla Qafqazda stabil, sabit ölkə olduğunu sübut etməyə çalışırdı. Bununla da özünün kəşfiyyat orqanları, əlaltıları vasitəsilə Azərbaycanda bir terror törətməyə cəhd etdilər və təəssüflər olsun ki, buna nail oldular”.

Millət vəkili həmçinin bildirib ki, Azərbaycanda stabillik, sabitlik var:

KAMILE XANIM

“Bu cür terror törətməklə Azərbaycanda heç bir çevriliş edilmədi. Amma həmin hadisədə bizim müəllim və tələbələrimiz həlak oldu. Hər bir Azərbaycan vətəndaşı onların ailələri ilə birlikdə bu ağrını çəkir. Azərbaycanla mübarizə apara bilməyənlər bu cür cılız terror hadisələri törətməklə ölkəmizdə çaxnaşma yaratmaq istəyirlər. Onların məqsədi Azərbaycanda qeyri- stabilliyin olması görüntüsü yaratmaq və beynəlxalq təşkilatların fikirlərini ölkəmizə qarşı əks istiqamətə yönəltməkdir”.

Etikxeber.az

Read Previous

Ötən həftənin yaddaqalan iki hadisəsi və ya DEPUTATIN BAXIŞI: MÜSTƏSNADIR, TARİXİDİR, UNDULMAZDIR

Read Next

Əliyev Kentlə nəyi müzakirə etdi? – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir