“Terrordan əziyyət çəkən bir dövlət və toplum olaraq, daim Türkiyənin yanındayıq” – DEPUTAT – RƏYLƏR

Terrorçulara qarşı daim mübarizə aparan Türkiyə bu dəfə daha genişmiqyaslı əməliyyata başlayıb. Prezident Rəcəb Tayib Ərdoğan ölkəsinin ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq məqsədilə Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına çalışır. Çünki terrorçulara dəstək verənlər bu ölkəni sarsıtmaq, iqtisadiyyatını çökdürmək istəyirlər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki,  Türkiyənin məqsədi isə terrorçuları təmizləməklə sərhədboyu ərazidə təhlükəsizlik zonası yaratmaqdır.

“Çünki erməni əsilli PKK terror təşkilatı zərərləşdirilmədiyi təqdirdə, dinc əhalinin rahat yaşaması qeyri-mümkündür.

Xalqımız terrora qarşı mübarizədə Türkiyə dövlətini tam dəstəkləyir, Azərbaycan qaziləri isə qardaş ölkənin ordusunun tərkibində bəşəriyyətə və insanlığa qənim kəsilən terrorçulara qarşı vuruşmaq əzmindədir.

Biz Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq “Bir millət, iki dövlət” olduğumuzu ən çətin məqamda belə təsdiqləməliyik”-deyə, millət vəkili sonra bildirib.

aydın-dep

ELDENIZ-1

baris-pinari-aa1_9612522_16_9_1570440638

Millət vəkili Eldəniz Səlimov da terrordan əziyyət çəkən bir dövlət olaraq, Azərbaycanın terrora və terrorçuların qanlı əməllərinə qarşı mübarizə aparan dost və qardaş Türkiyənin yanında olduğunu, hər zaman ona dəstək verdiyini  və verəcəyini vurğulayıb.

“Terrorun dini, milliyyəti, iqri, mənsubliyyəti olmur.

Terror terrordur, terrorçu terrorçudur  və ona qarşı kimliyindən, hansı mövqedə dayanmasından asılı olmayaraq, hər kəs, hər bir dövlət, hər bir xalq, hər bir toplum mübarizə aparmalıdır. Çox təəssüflər olsun ki,  on illərdir, yüz illərdir  terrora məruz qalmaq və onun qanlı əməlləri ilə mübarizə aparmaq Azərbaycanla Türkiyənin sanki boynuna yazılıb.

19-cu əsrdən bu yana həm Azərbaycan, həm Türkiyə terrorun, xüsusilə, erməni terrorunun hədəfi  olaraq qalmaqdadır. Erməni terroruna böyük zərbələr endirilsə də, düşmən hələ də öz qanlı əməllərindən əl çəkmək fikrində deyil.

Erməni terroru bir tərəfdən, ötən əsrin 80-ci illərindən PKK, son bir neçə ildə isə ona “əlavə olunan” PYD, YPG, İŞİD terroru digər tərəfdən  Türkiyənin təhlükəsizliyi, əmin-amanlığı, inkişafı yönündə ən böyük əngəl, manedədir.  Belə demək mümkünsə, İŞİD-in sonuna çatılıb, onu yaradanlar və bəsləyənlər sonacan öz niyyətlərinə nail olmağı bacarmadılar. Türkiyə ən əsası buna imkan vermədi- itkilər, ziyanlar yaşasa da.

Ancaq hələ də PKK, onun davamçıları olan və Qərb ölkələri tərəfindən az qala “azadlıq və demokratiya mücahidləri” kimi bəslənən PYD, YPG terror təşkilatları öz qanlı əməllərini davam etdirməkdədirlər, həm ərəblərə, həm kürdlərin özlərinə, həm də türklərə, Türkiyəyə qarşı. 

Bununla yanaşı, əvvəllər olduğu kimi, bu gün də Türkiyə terrora, özü də 40 ilə yaxın müddət ərzində bu ölkəni təhdid edən PKK və PYD, YPG terroruna qarşı mübarizə aparmaqda, onların  kökünü kəsməkdə, qurutmaqda qərarlıdır.

Özü də heç zaman olmadığı kimi qəralıdır, israrlıdır və bu səbədən də, heç bir təhdidə, təzyiqə əhəmiyyət vermədən, boyun əymədən Suriyada, Fırat çayının şərqində qanlı terrora, terrorçulara qarşı “Barış pınarı” əməliyyatına başlayaraq, bir daha hər kəsə, bütün dünyaya müstəqil dövlət kimi qərarında davamlı, əzmli və israrlı olduğunu ortaya qoydu.

Artıq 3 gündür ki, “Barış pınarı” əməliyyatını uğurla davam etdirərək, PKK, PYD, YPG terroruna, terrorçularına qan uddurmaqda, terrorçuları zərərsizləşdrməkdə, terrorçuların girovluğunda olan insanları və bölgələri azad etməkdə, təmizləməkdədir.

Düzdür, qanlı terrorçular öz əməllərini davam etdirməkdə, dirəniş göstərməkdə, türk əsgərlərini, Türkiyə vətəndaşlarını hədəf almaqdadır, uşaq, körpə, yaşlı bilmədən, insanları qətlə yetirməkdədirlər, amma bunlar onların son çırpınışlardır, heç nəyə nail ola bilməyəcəklər, Türkiyəni diz çökdürə, terrora boyun əydirə bilməyəcklər.

Qardaş və dost ölkə bu günə kimi üzləşdiyi zorluqların öhdəsindən bir-bir gəldiyi kimi, PKK, PYD, YPG terrorunun, bütövlükdə Türkiyəni, bölgəni təhdid edən terrorun və terrorçuların da öhdəsindən gələcək, onların kökünü qazıyacaq, kəsəcək.

Həm Türkiyə, həm də həmin bölgə əsl huzura, əmin-amanlığa, təhlükəsizliyə qovuşacaq.  Bununla bərabər, hər zaman olduğu kimi, bundan sonra da qardaş və dost dövlət olaraq, Azərbaycan  dövləti Türkiyənin yanında olacaq, heç nədən çəkinmədən ona dəstəyini verməkdə davam edəcək.

Bütövlükdə Azərbaycanla Türkiyə birlikdə önlərindəki bütün əngəlləri, maneələri, problemləri, təhdidləri aşmağı, dəf etməyi bacaracaq.

Allah Türkiyəmizi və Azərbaycanımızı qorusun!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Paşinyan cavab verməyə cəhd göstərdi-İLHAM ƏLİYEVDƏN SƏRT CAVABINI ALDI – FOTO – YENİLƏNİB – (1)

Read Next

“Hagibis” fəsadlar törədir – ARTIQ ÖLƏNLƏR VAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir