Ölkə iqtisadiyyatına 230 milyard vəsait yatırılıb – KOMİTƏ SƏDRİ – YENİLƏNİB – (3)

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 14-də növbəti iclası keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə ilkin olaraq, 9 məsələ daxil edilib.

ziyad-semedzade

Həmin məsələlər arasında iki yeni qanun layihəsi – “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” qanun layihələri də var.

ramiz hasanov

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bir müddət öncə mətbuata açıqlamasında da “Texniki tənzimləmə haqqında” qanun layihəsi üzərində işlər getdiyini və onun parlamentin müzakirələrinə təqdim olunacağını bildirmişdi.

***

ziyad

ZİYAD SƏMƏDZADƏ: “2018-ci ilin arxada qalan günləri ölkənin ictimai-siyasi həyatı ilə bağlı  bir çox önəmli hadisələrlə zəngin olub”

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə iclası açaraq bildirib ki, 2018-ci ilin arxada qalan günləri ölkənin ictimai-siyasi həyatı ilə bağlı  bir çox önəmli hadisələrlə zəngin olub.

“Bunlardan da təbii ki, bizim komitə üçün ən önəmli olanı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans idi. Həmin konfransda  cənab Prezident İlham Əliyevin çıxşında ölkənin iqtisadi həyatı ilə bağlı çox önəmli fikirlər səsləndirildi, ölkəmizin dayanıqlı və davamlı inkişaf yolu ilə addımladığı vurğulandı. Qeyd edildi ki, son 15 ildə ölkə iqtisadiyyatına 230 milyard manat vəsaiti qoyulub. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ölkədə aqrar sektorun, kənd təsərrüfatının inkişafı da xüsusilə önə çəkildi. Çünki Azərbaycan dövlətinin aqrar sektorun inkişafına böyük diqqət və qayğısı göz qabağınadır. Yəni, kənd əməkçilərinə, aqrar sektora dəstək nəticəsində onlar torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunublar. Bu misalları daha  da artırmaq olar. Təbii ki, ölkədə aparılan islahatların hüquqi bazasının zənginləşdirilməsi və təkmilləşdirilməsi məsələsi də prioritet məsələlərdəndir. Odur ki, komitəmizin gündəliyinə daxil edilən yeni iki qanun layihəsi də məhz bu zərurətdən irəli  gəlib və ortaya qoyulub. Onlar çox mühüm, iqtisadiyyatımızın inkişafına töhfə verəcək qanun layihələridir” -deyə, komitə sədri sözlərinə əlavə edib.

***

VAHİD-2

Vahid Əhmədov problemli kreditlər, Rəqabət Məcəlləsi məsələsini qaldırdı…

Komitə sədri sonra deyib ki, məlum qanun layihələri daha çox mühəndis təfəkkürlü və xarakterlidir:

“Biz keyfiyyətli inkişafa doğru gedirik. Eyni zamanda, elmi-texniki tərəqqi nəticəsində yeni məqamlar üzə çıxır. Odur ki, hər iki qanun layihəsi çox vacib və əhəmiyyətlidir”.

“Dollarla olan kreditlərlə bağlı məsələ  yenə gündəmdədir və bu baxımdan ümid edirik, bu problem nəhayət, yaxın zamanlarda öz müsbət həllini tapacaq”.

Bunu da müzakirələr zamanı millət vəkili Vahid Əhmədov  deyib.

V. Əhmədov çıxışında qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev xüsusilə, regionların inkişafı ilə bağlı məlum konfransda çox ciddi mesajlar verdi:

“Həmin çıxışda mühüm məsələlər qabardıldı, uğurlar dilə gətirildi.  Bu baxımdan, ölkə iqtisadiyyatının inkişafı göz qabağındadır, müsbət saldoya nail oluunub. Həmçinin, ölkədə manatın sabitliyini qoruyub-saxlamaq mümkün olub.  Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da bu yöndə fikirləri, proqnozları nikbindir. Eyni zamanda, onun dünənki çıxışında hamımızı narahat edən bir məsələyə də toxunuldu və vurğulandı ki, dollarla olan kreditlərlə bağlı məsələ gündəmdədir. Ona görə ümid edirik, bu problem də yaxın zamanlarda öz müsbət həllini tapacaq, insanlarımızı son 3 ildə üzləşdikləri ciddi problemdən qurtarmaq mümkün olacaq.  Həmçinin, Vergilər Nazirliyinə yeni şəxsin gəlməsi ilə bu sahədə müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir. Yəni, vergi orqanlarında, vergi sistemində də mühüm dəyişikliklər baş verəcək. Buna ümidlərimiz var, nazir Mikayıl Cabbarovun fikirləri də bu nikbinliyə ümidlər yaradır”.

Millət vəkili eyni zamanda, Rəqabət Məcəlləsinin qəbulunun vacibliyini dilə gətirib:

“Belə çıxır ki, bu il də bu Məcəllənin müzakirəsi və qəbulu mümkün olmayacaq. Ancaq həmin Məcəllənin qəbulu vacibdir və qaçılmazdır”.

Rəqabət Məcəlləsi ilə bağlı məsələyə toxunan Z. Səmədzadə öz növbəsində deyib ki, Məcəllənin müzakirəsi gündəmdədir:

“Milli Məclisin sədri cənab Oqtay Əsədovun yanında da bu məsələ müzakirə olundu və bildirildi ki, yaxın gələcəkdə onun müzakirələrə çıxarılması istisna deyil. Amma gərək həmin sənəd Prezident Administrasiyasının müvafiq şöbəsindən Milli Məclisə gəlsin, sonra onu müzakirələrə çıxaraq. Ancaq Allaha şükür ki, bu məsələdə boşluqları doldurmaq üçün qanunlarımız var. Bununla belə, biz d’ hesab edirik ki, Rəqabət Məcəlləsi olmaldır, bu, vacibdir”.

***

ALI MASIM-1

Əli Məsimli: “Artıq bizdən keçib, heç olmasa, uşaqlarımız…”

Millət vəkili Əli Məsimli də çıxışında deyib ki, Azərbaycanda məhsulların texniki göstəricilərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına böyük ehtiyac var.

 

Deputat bildirib ki, Azərbaycanda bəzən elə məhsullar istehsal olunur ki, Sovet dövründə lağ edilən keyfiyyət nişanlarına şükür edirsən.

“Çünki elə məhsullar var ki,  bizdən artlıq keçib, onlar uşaqların səhhətinə böyük ziyan verir. Bu baxımdan, emal sənayesi strukturu təkmilləşdirilməlidir. Azərbaycan Prezidenti dəfələrlə bu məsələyə toxunur və göstərişlərini verir. Əgər Azərbaycan Prezidentinin bu sahədə göstərişləri yerinə yetirilsə, o zaman böyük nailiyyətlər əldə etmək olar. Hətta, emal sahəsi ilə bağlı xeyli dərəcə uğur qazanıb, rəqabətdə udmaq da olar”.

Deputat qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun 7-9 faizini eksport məhsulları təşkil edir:

“Bu rəqəm çox azdır. Bunu qat-qat artırmaq, Azərbaycanın yeni iqtisadi mərhələsinə mühüm töhfə vermək olar. Ümumilikdə “Texniki tənzimləmə haqqında” və “Standarlaşdırma haqqında” qanun layihələrini dəstəkləyirəm. Lakin düşünürəm ki, bu sənədlər daha da təkmilləşdirilməlidir. Bildiyiniz kimi, Azərbaycan yeni iqtisadi inkişaf modelinə keçir. Əgər yeni inkişaf modeli neft amilindən insan amilinə keçidi nəzərdə tutursa, o zaman biz rəqabətdən geri qalmamaq üçün innovativ mexanizmləri iqtisdiyyatımıza daxil etməliyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul etdi

Read Next

Standartlaşdırma haqqında” qanun layihəsində nələr var?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir