Bu gün-26 sentyabr 2023-cü il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) 27 sentyabr-Anım Günü ilə bağlı tədbir düzənlənib.
Etikxeber.az xəbər verir ki, Gənclər Fondunun dəstəyi ilə baş tutan tədbirdə universitetin rəhbərliyi, müəllim və tələbələr, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Qazilər, hərbçilər, millət vəkilləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə öncə sonuncu 19-20 sentyabr Şəhidləri, eləcə də AzTU-nun tələbəsi-məzunu olmuş Şəhidlər də daxil olmaqla, cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlər himni səsləndirilib.
Sonra çıxışlar başlayıb.
Texniki Universitetin rektoru Vilayət Vəliyev, Şəhid ailələri və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Qarabağ iqtisadi rayonunda həyata keçirilən sonuncu lokal xarakterli antiterror tədbirlərindən, Şəhidlərimizin, Qazilərimizin igidliyi və qəhrəmanlğından. ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən söz açılıb.
Çıxışlar zamanı Vətən yolunda Şəhid vermiş ailələrə bir daha Allahdan səbr və dözüm arzulanıb.
Şəhidlərin unudulmadığı və heç zaman unudulmayacağı dilə gətirilib.
Tədbir iki saata yaxın davam edib.
13:58
***
FOTOLAR:
















16:00
***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az