Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Teymur Rəcəbov adının sonunda nida işarəsi qoymağı bacardı! O, tək özünü deyil, Azərbaycanı dünya çempionu etdi, insan kapitalı sahəsində, ağıl və düşüncə yarışında.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib.
“O, sübut etdi ki, azərbaycanlılar dünyanın ən ağıllı xalqlarından biridir.
O, göstərdi ki, həyatda ardıcıl və mübariz olarsansa, ən yüksək zirvəni fəht edə bilərsən!
O, öz adının sonunda “Nida” işarəsi qoymağı bacardı.
Dövlət başçısı tərəfindən Qarabağ sözündən sonra qoyulan “Nida” işarəsini və Prezidenti dəstəkləmək üçün hər birimiz beləcə mübariz və üzərimizə düşəni etməliyik!”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az