Tibbi kolleclər səviyyəsində optomeriklərin hazırlanmasına başlamaq lazımdır – MUSA URUD

 

 Musa Urud: Bütün optika mağazalarında optometriklər olsun və olmalıdır ki, onlar hansı eynəklərdən istifadə ilə bağlı peşəkar səviyyədə məsələht versinlər, müəyyən müayinə prosedurlarını həyata keçirə bilsinlər

Günəş eynəkləri həkim resepti-təyinatı olmadan satılmalıdır. Bununla belə, bu eynəklərdən istifadə edilərkən, məsləhət alınması da yaxşı olardı. Amma göz eynəkləri bütün hallarda həkim rəyi, resepti ilə alınmalıdır. Çünki əks təqdirdə gələcəkdə insan orqanizmi üçün çox ciddi fəsadlara gətirib çıxara bilər.

Bunu Etikxeber.az-a  açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, “Optika və optikaçılıq haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Musa Qiliyev deyib.

Millət vəkili həmçinin qeyd edib ki, hələ də bazarlarda, ticarət məkəzlərində, küçələrdə, optika mağazalarında keyfiyyətsiz, haradan gətirildiyi belə məlum gün və göz eynəkləri satılır.

optika-1-oxu

musa-urud

“Ona görə insanlarımız kifayət qədər ehtiyatlı olmalıdır. Ucuz və keyfiyyətsiz eynəklər dalınca getməməlidirlər. Həmçinin, optometriya deyilən bir peşə var. Ancaq təəssüflər olsun ki, Azərbaycanda bu peşənin sahibləri, optometriklər çox azdır. Hesab edrəm ki, bu peşə üzrə mütəxəsislərin hazırlanması ilə bağlı yeni qanun layihəsində də ayrıca bir maddə nəzərdə tutulmalıdır. Bir var oftalmoloqlar-bunlar həkimlərdir, bir də var optometriklər-bunlar eynək düzəltməklə məşğul olan insanlardır. Xatırlatmaq yerinə düşər ki, hətta, Baltikyanı ölkələrdə bununla bağlı ali təhsilin bakalavr pilləsi üzrə mütəxəssislər hazırlanır. Bizdə də ilkin olaraq tibbi kolleclər səviyyəsində belə mütəxəssislərin hazırlanmasına başlamaq olar. Yəni, bütün optika mağazalarında optometriklər olsun və olmalıdır ki, onlar hansı eynəklərdən istifadə ilə bağlı peşəkar səviyyədə məsələht versinlər, müəyyən müayinə prosedurlarını həyata keçirə bilsinlər”-deyə, M. Quliyev sonra bildirib.

O, son olaraq əlavə edib ki, adəçəkilən qanun layihəsinin müzakirəsi yaz sessiyasında alnmayacaq, sənədin hazırlıqları və müzakirələri payız və yaxud, gələn ilin yaz sessiyasında baş tutacaq.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sabah əsl qış havası olacaq…

Read Next

“Güzəşt limiti bitəcək və…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir