Tibbi maskalarla bağlı cərimənin məbləği yenidən-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU…

Cərimələr layihədə nəzərdə tutulandan ən azı 2 dəfə aşağı olmalıdır.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli  deyib. 

O, bildirib ki, burada aztəminatlı ailələr, pensiyaçılar var:

“İndiyə qədər on minlərlə insan cərimələnib, bundan sonra da cərimələnəcək. Yaxşı olardı ki, bu cərimələr koronavirusla mübarizə fonduna köçürülsün. Təkcə cərimələrin miqdarını artırmaqla problemi həll etmək mümkün deyil”.

“Hazırda fərdi maskalardan istifadənin zəruri olduğu yerlərlə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədədir.

Bunu isə I Vitse-spiker Əli Hüseynli deyib. 

Ə. Hüseynli bildirib ki, burada məqsəd heç bir halda vətəndaşları cərimələmək deyil, onları qorumaqdır:

“Biz, sadəcə, burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər”.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev cərimələrin məbləğinin azaldılmasını təklif edib.

Qeyd edib ki, cərimələri 50 manatdan 20 və ya 25 manata endirmək lazımdır:

“Çünki onun icrası çətin olacaq. Odur ki, cərimələrin miqdarı 20-25 manata endirilməlidir. Onsuz da qaydaları pozanlar, cərimə olunan şəxslər imkansız şəxslərdir. İmkanlı şəxslər qaydarları pozmurlar…”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənilər və onları dəstəkləyənlər bununla razılaşmaya bilərlər, amma bu, bizi dayandırmamalıdır-hüquqi sənədlərin potensialından tam istifadə etməliyik”-ERKİN QƏDİRLİ

Read Next

“Məhkəmə-Hüquq Şurası haqqında” qanun-DƏYİŞDİRİLİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir