“Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinizə görə minnətdarıq”-ÜTT-NİN BAŞ DİREKTORU AZƏRBAYCAN PREZİDENTİNƏ MİNNƏTDARLIQ ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğuladı.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olundu.

Etikxeber.az

Read Previous

Fransa da, Rusiya da BMT Təhlükəsizlik Şurasının iclasını-ÇAĞIRDI…

Read Next

“Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək…”-İlham Əliyev TÜRKPA nümayəndə heyətini və Nurlanbek Şakiyevi-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir