Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarının pozulmasına görə cərimələr tətbiq olundu

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 346-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, dəyişikliklərə əsasən, tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 2 000 manat məbləğində cərimə ediləcək.

Etikxeber.az

Read Previous

Bakı Nəqliyyat Agentliyindən qış rejiminə keçidlə bağlı sərnişin daşıyıcı şirkətlərə TƏLƏBLƏR

Read Next

MM-lə Avroparlament arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir