“Tofiq Yaqublu “City Hospital”a köçürülüb, mənim şəxsi nəzarətimdədir…”-ADİL QEYBULLA

Tofiq Yaqublu aclıq etdiyi Bakı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb. Mənim şəxsi nəzarətimdədir. Ona venadaxili infuziya edirik, bəzi vitaminlər köçürürük.

Etikxeber.az xəbər verir ki, bunu həkim Adil Qeybulla deyib.

O, ölkə rəhbərliyinə də təşəkkür edib:

“Ötən gün mən ölkə rəhbərliyindən mətbuat vasitəsilə xahiş etdim ki, Tofiq Yaqublunun səhhəti ilə bağlı onu mülki xəstəxanaya köçürsünlər, müayinə edə bilək. Ölkə rəhbərliyi də bu xahişi nəzərə aldı, humanizm nümayiş etdirdi, minnətdarlığımı bildirirəm. İnşallah, digər hüquqi prosedurlar həll yolunu tapar”.

Qeyd edək ki, dünən həkim A. Qeybullanın T.Yaqublunun ailəsinin müraciəti əsasında təcridxanada onu müalicə etməsinə şərait yaradılıb.

Qeyd edək ki, T.Yaqublunun ailəsi və vəkilləri onun aclıq etdiyini açıqlayıb.

Nizami rayon Məhkəməsinin hökmü ilə T. Yaqublu xuliqanlıqda təqsirli bilinərək 4 il 3 ay azadlıqdan məhrum edilib (APA).

Etikxeber.az

Read Previous

“Bu, bir reallıqdır ki, günümüzdə sosial şəbəkələrdən dini duruma mənfi təsir göstərmək və gəncləri bu məkirli siyasətə alət etmək üçün istifadə olunur”-MÜBARİZ QURBANlI – (ÖZƏL)

Read Next

“Yer seçimlərinə və məclis üslublarına əsasən onlardan bəzilərinin müəyyən maraqlara xidmət etdiklərini deyə bilərik…”-MÜBARİZ QURBANLI – MÜSAHİBƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir