Tofiq Yaqublu-EV DUSTAQLIĞINA BURAXILDI – YENİLƏNİB – (1)

Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Etikxeber.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb. 

Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib. 

Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib. 

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq. 

***

“Tofiq Yaqublu aclığı dayandırıb”

Bunu isə mətbuata açıqlamasında həkim Adil Qeybulla bildirib.

O, qeyd edib ki, T.Yaqublunun xəstəxanadan evə buraxılması məsələsi ailə üzvləri ilə müzakirə edilir:

“Bir ziyalı kimi öz şəxsi müraciətimə müsbət cavab verdikləri üçün ölkə rəhbərliyinə təşəkkür edirəm”.

***

Mətbuatda məlumat verildiyi kimi, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb”.

Penitensiar Xidmətdən verilən məlumatda sonra bildirilib ki, eyni zamanda, onun şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilib. A. Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya – “City Hospital”a köçürülməsini xahiş edib.

Bununla əlaqədar T. Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq, o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.

17.09.2020-ci il tarixdə T. Yaqublu “City Hospital”da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunub vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyənləşib.

“Hazırda T. Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.

T. Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apellyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək T. Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib”– deyə, sonra məlumatda bildirilib.

Etikxeber.az

Read Previous

Dolu düşəcək-XƏBƏRDARLIQ

Read Next

“Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və…”-MİLLİ MƏCLİSİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir