“Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir” – CƏMİL HƏSƏNLİ

“Müsavat” başqanlığına sabiq namizəd Tofiq Yaqublu Milli Şuranın yeni-ikinci sədri ola bilər.

Etikxeber.az-ın xəbərinə görə, bu təkliflə Milli Şuarının sədri, professor Cəmil Həsənli çıxış edib.

O, təklifini T. Yaqublunun mövcud iqtidara qarşı mübarizənin əsas simalarından birinə çevrilməsi ilə əlaqələndirib.

“…Tofiq bəy Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir. Biz hamımız onun sədrliyi altında, onunla ciyin-ciyinə bu rejimə qarşı birlikdə mübarizə aparmaqdan məmnun olardıq. Tofiq bəy bu etimadı xalqa, millətə, vətənə təmənnasız xidməti, ardıcıl mübarizəsi və fədakarlığı ilə qazanıb”-deyə, C. Həsənli sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

31 il keçir, 21-ci ərsin beşdə biri geridə qalır-QARABAĞ MÜNAQİŞƏSİ HƏLL OLUNMUR – SƏBƏB?

Read Next

Aydın Mirzəzadədən – AXCP VƏ “MÜSAVAT”A SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir