“Tofiq Yaqublu, Rüfət Səfərov və digərləri barədə heç bir məlumat verilmir…” – ARİF HACILI

Dünən polis zorakılığına məruz qalaraq həbs edilən Tofiq Yaqublu, Rüfət Səfərov və digərləri barədə hələ də heç bir məlumat verilmir…

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz “Facebook” səhfəsində yazıb.

“Tofiq Yaqublu, Rüfət Səfərov və başqalarının taleyi barədə onların yaxınlarına və ictimaiyyətə dərhal məlumat verilməlidir”-deyə, o, sonra qeyd edib.

“Dünən gecə Nəsimi Polis İdarəsinin qarşısında olarkən özünü Tofiq kimi təqdim edən polis zabiti bildirdi ki, Tofiq Yaqublu barəsində protokol tərtib olunub və onu inzibati həbs gözləyir. Tutulanlardan Rəhim Yaqublu və Ayxan Hacıbəyli gecə ikən sərbəst buraxılıblar. ƏgərTofiq Yaqublu barəsində deyilənlər düzdürsə onu bu saatlarda Nəsimi rayon Məhkəməsinə gətirə bilərlər”.

Bunu isə A. Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli bildirib.

Etikxeber.az

Read Previous

PA, BŞBPİ, YAP, Müsavat, Milli Şura və MSDM 19 oktyabr aksiyası ilə – AÇIQLAMA YAYDI – FOTO – YENİLƏNİB – (6)

Read Next

YAP-çı deputatlardan Milli Şuraya – QINAQ, SƏRT ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir