“Tokio-2020”-də karate yarışları ölkənin “Nippon Budokan” arenasında təşkil ediləcək

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi “Tokio-2020” Yay Olimpiya Oyunlarının proqramına daxil edilən beş idman növünün keçiriləcəyi yarış arenalarını müəyyənləşdirib.

Azərbaycan Milli Karate Federasiyasından Etikxeber.az-a bildiriblər ki, qarşıdakı Olimpiya Oyunlarında karate yarışları Tokionun “Nippon Budokan” arenasında keçiriləcək. Budokan Yaponiyada karatenin və digər döyüş idman növlərinin mərkəzi sayılır. Bu arena Olimpiadanın karate yarışları üçün heç də təsadüfən seçilməyib. Karateçilərin sevimli məkanı sayılan Budokanda 1970-ci ildə karate üzrə ilk dünya çempionatı keçirilib.

Məlum olub ki, Olimpiya Oyunlarında kişilərdə -60 və -67 kiloqram çəki dərəcələri, eləcə də -84 və +84 kiloqram çəki dərəcələri birləşdiriləcək. Qadınlarda isə -50 və -55 kiloqram çəki dərəcələri, o cümlədən -68 və +68 kiloqram çəki dərəcələri birləşdiriləcək.

Beləliklə, kişilər kumitedə -67, -75 və +75, qadınlar isə -55, -61 və +61 kiloqram çəki dərəcələrində fərdi kata yarışları üçün tatamiyə çıxacaqlar. Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və kata çıxışlarında 10 idmançı mübarizə aparacaq. Proqrama komanda yarışları daxil edilməyib.

Olimpiya təsnifatına gəlincə, dörd idmançı, xüsusi lisenziya yarışlarından üç idmançı, təşkilatçı ölkə kimi Yaponiyadan bir idmançı, qitələr arasında mümkün qədər bərabər iştirakçı sayı yaratmaq üçün reytinq əsasında bir idmançı lisenziya qazanacaq. Həmçinin hər bir qitənin təmsil olunması üçün daha bir vəsiqə isə karatenin zəif inkişaf etdiyi ölkələrə “Wild kard” prinsipi ilə təqdim olunacaq. Avropa və dünya çempionatlarının mükafatçıları mötəbər turnirə birbaşa vəsiqə qazana bilməsələr də, onların nəticələri reytinqlərinə müsbət təsir edəcək.

Karate, həmçinin BOK-un İcraiyyə Komitəsinin qərarı ilə 2018-ci ildə yeniyetmələrin Olimpiya Oyunlarının proqramına daxil edilib. Paytaxt Buenos-Ayresdə oktyabrın 1-dən 12-dək keçirilməsi nəzərdə tutulan bu turnirin detalları isə yaxın müddətdə açıqlanacaq.

Etikxeber.az

Read Previous

Xətai və Suraxanı rayonları üzrə səyyar qəbul keçiriləcək

Read Next

“Ümidvaram ki, növbəti səfəriniz 20 ildən tez olacaq” – ƏLİYEVDƏN NETANYAHUYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir