Topbaşın kürəkəni haqqında həbs qərarı verildi- Kılıcdaroğlu isə bu addımı pislədi – YENİLƏNİB

Xəbər verildiyi kimi, İstanbul Böyükşəhər bələdiyyəsinin başqanı, AKP iqtidarının tanınmış simalarından olan Kadir Topbaşın kürəkəni-iş adamı Ömər Faruk Kavurmaçı dünən yenidən “FETÖ” souşdurması üzrə gözaltına alınıb.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Kavurmaçı haqqında bu gün həbs qərarı çıxarılıb və o, həbsxanaya göndərilib.

Qeyd edək, bir müddət öncə “FETÖ”-çü kimi həbs olunan Kavurmaçı səhhətində problemlərin yaranması səbəbilə bugünlərdə təxliyyə edilmiş, sərbəst buraxılmış və onun təxliyyəsi ciddi təpkilərə səbəb olmuşdu.

Onu da qeyd edək ki, Kavurmaçının suçu təsdiqlənərsə, ən azı 15 il həbs cəzası alacağı gözlənilir.

***

CXP genəl başqanı Kamal Kılıcdaroğlu isə bu addımı pisləyib

“Kavurmaçı haqqında belə bir qərarın verilməsini doğru hesab etmirəm”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

ABŞ Əfqanıstanda amerikalı hərbçilərin öldürülməsi xəbərini təkziblədi

Read Next

ABŞ terrorçu PYD-ni 10 il ərzində silahlanıracaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir