“Torpağı satdın, ya da musiqinə xəyanət etdin, nə fərq edər ki?!”-AYBƏNİZ HAŞIMOVA YENİ MƏDƏNİYYƏT NAZİRİNİN MƏRHUM ZAKİR BAĞIROV KİMİ OLMASINI İSTƏYİR…

Bilmirəm, Mədəniyyət naziri kim olacaq, ancaq bir arzum var: keşkə Zakir Bağırov kimi biri olaydı...

Zakir Bağırovun əməlləri əvəzssiz oldu…

Çünki musiqini, musiqi təqdimatçılarını qərəzsiz, yüksək səviyyədə ayıra bilirdi bir-birindən…

Çünki gözəl bəstəkar idi həm də…

Zakir Bağırovun nazir olan dövründə incəsətdə “Qızıl Xətt” yaranmışdı…

Bir yanlışlığa belə yol verilmədi…Baxmayaraq ki,Sovet dövrü idi…

Ancaq Azərbaycan musiqi mədəniyyəti yüksək səviyyədə təmsil olunur və səhnəyə fitri istedadlar buraxılırdı…

O üzdən də, həsrətini cəkdiyimiz və indidən sonra da bəlkə çox həsrətində olacağımız böyük ifaçılar və musiqilər yarandı…

Professional ilə özfəaliyyəti ayıra bilən insan idi Zakir Bağırov…

İndiyə kimi yadımdadı…Dövlət konsertlərinin musiqi tərtibatini çox vaxti böyük bəstəkar Nazim Əliverdibəyov Vasif Adigözəlova tapşırardı…

Onlar da dövlətin məsul tədbirlərini o qədər dəqiqliyi ilə hazırlayardılar ki, insanlar o tədbirləri böyük maraqla izləyər və musiqi zövqləri də yüksək səviyyədə formalaşardı…

Son 30-35 ildə Azərbaycan musiqisinə və incəsənətinə vurulan zərbəni hələm-hələm düzəltmək qeyri-mümkün olacaq…

Bu günahın altını tək keçmiş nazir yox, qeyri-peşəkarları, zəhmətsiz, böyük uğursuz, hər şeyə asanlıqla nail olanlara dəstək olan hər kəs çəkəcək…

Bu siyahıya professional ola-ola, fitri istedadlı insanları ölkədən didərgin salanlar və nəyinsə marağına əsl professionalları kənarlaşdıranlar da daxildir…

Belələri vətən xainidir…

Torpağı satdın, ya da musiqinə xəyanət etdin, nə fərq edər ki?!

Ona görə də necə illərdir getdiyim tədbirlərə çalışıram yalnız tələbələrimlə gedim…

Cünki mən olmasam, onları hansısa maraqlarından dolayı yaxın qoymayacaqlar…

Beləcə batıb gedəcək bu istedadlar yoxsa…

08:58

Aybəniz HAŞIMOVA,

Əməkdar artist

Etikxeber.az

Read Previous

“Milan” “Real Madrid”in futbolçusuna görə danışıqlar-APARIR…

Read Next

“Bizim mətni oxuyan konqresmen niyə tapılmadı? Bəlkə heç axtarılmadı?…”-POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir