Torpaq sürüşməsi Siyəzəndə üç evi qəzalı vəziyyətə salıb – FOTOLAR

Torpaq sürüşməsi Siyəzən rayonunun Sədan kəndində bəzi evlərə ciddi ziyan vurub.

Etikxeber.az xəbər verir ki, rayon mərkəzindən 8 kilometr məsafədə yerləşən kənddə sürüşmə prosesi bu ilin mart ayından aktivləşib. Doqquz aydan çoxdur davam edən proses nəticəsində sürüşmə zonasına düşən üç evin divarları çatlayıb, binalar qəzalı vəziyyətə düşüb.

Sürüşmə baş verən əraziyə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliyinin mütəxəssisləri baxış keçiriblər. Faktla bağlı müvafiq rəylər hazırlanaraq aidiyyatı qurumlara təqdim olunub.

Qəzalı vəziyyətdə olan evlərdən birinin sahibi Fərhad Qəribov binada çatların getdikçə böyüdüyünü bildirib. Evin bəzi divarlarında çatların eni 10 santimetrdən çoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının əməkdaşı Sadiq Əmiraslanov Siyəzən rayonunun Sədan kəndində sürüşmə prosesinin uzun illərdir davam etdyini bildirib. Bu il yağıntıların çox olması prosesi daha da aktivləşdirib.

siyezen-2siyezen-3

Etikxeber.az

Read Previous

Dekabrın 27-nə USD/AZN rəsmi məzənnəsi 1,7622 səviyyəsində müəyyən olundu

Read Next

Mehriban Əliyeva Masazırda yaşayış binasının açılışında iştirak etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir