“Tövbə qapısı hər zaman açıqdır” – ZİYAD SƏMƏDZADƏNİN VƏKİLİNDƏN KƏSKİN ETİRAZ – FOTOLAR

Son günlər bəzi media orqanlarında, sosial şəbəklərdə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəd, akademik Ziyad Səmədzadə haqqında əsası olmayan və həqiqətə heç bir halda uyğun gəlməyən məlumat(lar) tirajlanır…

Heç bir əsası olmadan iddia edilir ki, Ziyad Səmədzadə seçki qanunvericiliyini guya pozub…

“Əsas” da o gətirilir ki, bəs Ziyad Səmədzadənin rəsmi “Facebook” səhifəsində paylaşılan məlumat və foto seçki qanunvericiliyinin pozulması deməkdir…

Hansı ki, Ziyad Səmədzadənin səhifəsində paylaşılan həmin məlumatın və fotonun seçkiyə, təbliğat-təşviqata yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur… Orada bu barədə heç cümlə belə yoxdur…

Həmin foto və iki cümləlik məlumat akademikin, sadəcə, Azərbaycan Dövlət İqtisad Universitetində bir qrup alimlə bir araya gəldiyi tədbirdən çəkilən fotodan və “Facebook” səhifəsində paylaşımından başqa bir şey deyil…

Qeyd edək ki, həmin tədbirdə də alimlərlə dövrün aktual iqtisadi məsələləri müzakirə mövzusu olub…

Əslində Ziyad Səmədzadənin təbliğat-təşviqat görüşü və ya görüşləri-təbdirləri üçün belə otaq və ya zal çox kiçikdir…

Onun üçün böyük zal(lar) lazımdır…

Çünki Ziyad Səmədzadə elə bir insan, elə bir alim, elə bir deputalığa namizəddir ki, kiçik zallar ona bəs etməz…

“Bulanıq suda balıq tutmaq” istəyənlər gərək bunun fərqinə varsınlar…

Hələ də gec geyil…

…Və TÖVBƏ qapısı HƏR ZAMAN açıqdır!

Afiq QULİYEV,

Deputatlığa namizəd Ziyad Səmədzadənin vəkili

Etikxeber.az

Read Previous

“Panatinaikos”–PAOK oyununun idarə edilməsi azərbaycanlı hakimlərə həvalə olundu…

Read Next

Deputatlığa namizədliyini geri götürənlərin sayı 299-a- ÇATDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir